Əsas Səhifə | Hаqqımızdа | Əlaqə | Başlanğıc səhifəsi et | Seçilmişlərə əlavə et

 

                                      

 

  Ətraflı axtarış » Həftəlik Dini İctimai Qəzetin Elektron Versiyası
Yazarlar
image

Əbülfəz Bunyadov

image

Mehman Müctəba

image

İntiqam Rüstamov

image

Əli Nur

image

Mircəfər Əyyubzadə

image

Muhəmməd Baqir

image

Sadiq


Arxiv
Be Ça Ç. Ca C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
27282930



Sorğu: Cavab ver

İmam Əli(ə) buyurub: "Hər kim özünü tanısa, Allahını tanıyar". Özünüzü tanıyırsınız?

Bəli
Xeyr
Bilmirəm
Çalışıram




Faydalı Linklər

www.wilayah.org
www.al-shia.org
www.azeri.makarem.ir
www.sistani.org
www.lankarani.ir
www.vahid-khorasani.ir
www.moftialshia.ir
www.j-fazel.org
www.ocaqnejad.com
www.islammektebi.org
www.sonumid.com
www.isra.az
www.kovser.az
www.islam-azeri.az
www.haqyolu.com
www.ahlibeyt.az
www.hilal.az
www.ramazanayi.org
www.birlik.az
www.muntozor.net
www.ehlibeyt-moize.ucoz.ru

Ramazan ayının 29-cu gününün duası: " İlahi, bu gün məni Öz rəhmətinlə əhatə et. Belə bir gündə işlərimin uyğun olmağını və hər bir azğınlıqdan qorunmağı mənə nəsib et. Mənim qəlbimi şübhəli işlərdən, qaranlıq yollardan və töhmət gətirən əməllərdən pak et, ey mömin bəndələrinə rəhm edən Allah ! "
بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ. يَا عَلِيُّ يَا عَظِيمُ يَا غَفُورُ يَا رَحِيمُ. أَنْتَ الرَّبُّ الْعَظِيمُ الَّذِى لَيْسَ كَمِثْلِهِ شَيْئٌ. وَ هُوَ السَّمِيعُ الْبَصِيرُ. وَ هَذَا شَهْرٌ عَظَّمْتَهُ وَ كَرَّمْتَهُ وَ شَرَّفْتَهُ وَ فَضَّلْتَهُ عَلَى الشُّهُورِ. وَ هُوَالشَّهْرُالَّذِى فَرَضْتَ صِيَامَهُ عَلَىّ. وَ شَهْرُ رَمَضَانَ الَّذِى أَنْزَلْتَ فِيهِ الْقُرْآنَ. هُدًى لِلنَّاسِ و بَيِّنَاتٍ مِنَ الْهُدًى وَالْفُرْقَان. وَ جَعَلْتَ فِيهِ لَيْلَةَ الْقَدْرِ. وَ جَعَلْتَهَا خَيْرًا مِنْ أَلْفِ شَهْرِ. فَيَاذَالْمَنِّ وَلا يُمَنُّ عَلَيْكَ. مُنَّ عَلَىَّ بِفَكَاكِ رَقَبَتِى مِنَ النَّارِ. فِيمَنْ تَمُنُّ عَلَيْهِ وَأَدْخِلْنِى الْجَنَّةَ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

email Dostuna göndər | print Çap versiyası | comment Şərhlər (0 )

Bilirsinizmi? (1)

Mehman Müctəba 12 İyul 2009 00:08:00


image

Daim yeni, maraqlı mövzuları və rubrikaları oxucularına təqdim edən “İslam Həqiqətləri” qəzeti daha bir maraqlı rublikanı oxucularına təqdim edir. Mütəmadi olaraq işıqlandıracağımız mövzular müxtəlif sahələri özündə əks etdirəcək və oxuculara qısa şəkildə geniş mətləbləri çatdıracaq. 

Bilirsinizmi şiə hansı xüsusiyətlərə malik olmalıdır?

Əmirəl Möminin Həzrət Əli (ə) şiəni belə təqdim edir:

1.        Mömin, zirək, yaddaşlı, qəlbən kədərli və hüzünlü olsada üzündə sevinc əlamətləri görünür.

2.        Qəlbində həsəd və kinə yoxdur, söyüş söyməz və heç kimin qeybətini etməz.

3.        Vəzifə, məqampərəst deyil. Vuqarla yol gedər və Allahı zikr edər.

4.        Musibətlər vaxtı səbr edər və Allahın nemətlərinə şükr edər.

5.        Əgər Allah-təala tərəfindən ona imkansızlıq və kasıbçılıq yetişsə sevinər.

6.        Əxlaq və davranışı gözəldir. Heç kimə əziyyət və hörmətsizlik etməz.

7.        Təbəssüm edər uca səslə gülməz.

8.        Bir nəfərdən söz soruşarkən onu imtahan etmək, elminin az və ya çox olduğunu bilmək üçün yox, bəhrələnmək üçün soruşar.

9.        Qəlbi mehribandır, paxıllığı yoxdur, işlərdə tələsən deyil və sözləri şirindir.

10.  Hər kimin xidmətinə getsə ona zəhmət verməz, qəzəblənsə ədaləti əldən verməz.

11.             Vədə verdikdə vədəsinə əməl edər və bihudə söz danışmaz.

12.             Allah-təala tərəfindən ona verilən hər bir şeyə razi və şakirdir.(şükr edəndir) öz nəfsi ilə müxalifətçilik edər və əlinin altındakılarla sərt davranmaz.

13.             Bütün hallarında dinin köməkçisidir və müsəlmanlara kömək etmək fikirindədir. Möminlərin güvəndiyi tərəf və müsəlmanların pənah yeridir.

14.             Əgər onu tərifləsər qulağı öz tərifi ilə dolmaz ki, qəlbinə təsir etməsin. Tamah onun qəlbini bürüməz ki, vəzifəsinin xilafına addım atsın.

15.             Böyük nəzəri vardır ki, xeyiri camaata çatır və özünü hər şeydən daha kiçik görür.

16.             Səxavətlidir lakin nə o həddə ki, israf edə. Heç vaxt hiylə qurub kimisə aldatmaz. Heç kimin zəhmətlərini payimal etməz.

17.             Biçarələrin pənahı olar və məzlumların köməyinə çatar. Ona deyilən sirrləri heç vaxt açıb deməz.

18.             Hər vaxt kimdənsə bir yaxşılıq görsə nəql edər. Əgər bir pislik görsə izhar etməz.

19.             Camaatın pisliklərindən fikirini uzaqlaşdırar. Əgər ondan üzr tələb etsələr qəbul edər. Camaat barəsində yaxçı fikirdədir və özünü danlayır.

20.             Alimləri elmlərinə və İlahi məarifə sahib olduqları üçün xatırlayar. Yanına nadan bir şəxs gəlsə ona elm və bilik öyrədər.

21.             Başqalarının eyblərini axtarmaqla məşğul olmaz, amma öz işlərinə görə özünü danlayar. Çünki öz eyblərinə agahdır, başqalarının eyblərinə isə yox.

22.             Böyük həvəslə öz nəfsini islah etməkdədir və öz Allahından başqasına ümüdvar deyil.

23.             Fəqir və imkansız insanlarla əyləşər və camaata xeyir işdə kömək edir. Yetimlərə mehriban ata kimi münasibət bəsləyər.

24.             Qənaətlə həyat sürür və öz həyasını qoruyur. Camaat onu imkanlı bilirlər.

25.             Nəfsini elə ələ alıb ki, heç vaxt şəhvət onu vəzifəsi olmayan şeylərə daxil etmir.

26.             Onun sözləri düzgünlük və həqiqətə əsaslanar və Libası orta həddədir.

27.             Əlindən gedən şeylərə görə həsrət çəkmir və heç vaxt layiqli olmayan işlərə ümüdvar olmur.

28.             Elm və biliyi helm və dözümlülüklədir. Agıl və savadı səbr və hövsələ ilədir.

29.             Üzündə və ruhiyyəsində kəsalət və yorğunluq görünməz. Daim onu şad və xoşhal halda görərlər.

30.             Onun arzuları azdır və öz ölümünü gözləməklə vaxt keçirir. Həmçinin qəlbi xuşu halında, dili zikr edən və nəfsi qane olandır.

31.             Etdiyi günahlara görə çox qəmli və  əhvalı solmuş olar.

32.             Qonşular onun əlindən əziyyət çəkmirlər və istirahətdədirlər. Camaatla əlaqə saxlayır ki, onlardan istifadə edib elm öyrənə.

33.             Çox vaxt sakit əyləşir ki, camaatdan ona ziyan dəyməsin. Özünü zəhmətə salır ki, camaat ondan əziyyət çəkməyib istirahətdə olsunlar.

34.             Nə vaxt ona zülm olunsa səbr edir ki, Allah-təala ona kömək etsin və onun qisasını o zalımdan alsın.

35.             Camaat arasında qəribdir. İlahi əmrlərdə isə çalışqandır ki, bəlkə Allahın razılığına əməl etmiş olar.

36.             Addım atmaq istədiyi hər bir iş barədə yaxşı düşünür. Bütün işlərdə ehtiyatlı addım atır. 

Həzrət Əli (ə) bu əlamətləri qeyd etdikdən sonra buyurdu: “ Bunlar yer üzündə işıqlı çıraqlardır, və bizim şiələrimizdir və bizim dostlarımızdan sayılırlar. Onlar Bizimlə bizdə onlarla olacayıq. 



300 dəfə oxunub

Bu məqaləni necə qiymətləndirirsiniz ?

1 2 3 4 5    5 üzərindən 5   (cəmi 15 səs)
comment Şərhlər (0 )
Namaz Vaxtları
10 - 16 Sentyabr
Gün Sübh Günəş Zöhr Şam Gecəyarı
10 05:53 07:16 13:38 20:16 01:05
11 05:54 07:17 13:37 20:14 01:05
12 05:56 07:18 13:37 20:12 01:05
13 05:57 07:19 13:37 20:11 01:04
14 05:58 07:20 13:36 20:09 01:04
15 05:59 07:21 13:36 20:07 01:04
16 06:00 07:22 13:36 20:06 01:03
Dünəndə Bugün

03 sеntyabr (23 ramazan)

Quranın nazil olması.

Bu gеcə Qurani-Kərim yеr üzünə nazil olub. Başqa bir rəvayətə əsasən isə bu hadisə ramazanın 24-də baş vеrib.

 

 

04 sеntyabr (24 ramazan)

Əbu Ləhəbin ölümü.

Bu gün Əbu Ləhəbin ölüm günüdür. Bir rəvayətə əsasən o, ramazanın 25-də cəhənnəmə vasil olub.

 

 

Ramazan ayının sonu.

1. Ömərin vasitəsi ilə Təravih namazının bidəti.

Hicrətin 14-cü ili bu ayda Ömər nafilə namazını camaatla qılmaq bidətini qoydu. Sonra bir kişini kişilər üçün, bir kişini isə qadınlar üçün namaza imam sеçdi.

 

2. Pеyğəmbərin (s) yağış üçün еtdiyi dua.

Hicrətin 6-cı ili bu ayda Mədinədə quraqlıq baş vеrdi. Pеyğəmbər (s) dua еdərək yağış istədikdə yağış yağdı.