Əsas Səhifə | Hаqqımızdа | Əlaqə | Başlanğıc səhifəsi et | Seçilmişlərə əlavə et

 

                                      

 

  Ətraflı axtarış » Həftəlik Dini İctimai Qəzetin Elektron Versiyası
Yazarlar
image

Əbülfəz Bunyadov

image

Mehman Müctəba

image

İntiqam Rüstamov

image

Əli Nur

image

Mircəfər Əyyubzadə

image

Muhəmməd Baqir

image

Sadiq


Arxiv
Be Ça Ç. Ca C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
27282930



Sorğu: Cavab ver

İmam Əli(ə) buyurub: "Hər kim özünü tanısa, Allahını tanıyar". Özünüzü tanıyırsınız?

Bəli
Xeyr
Bilmirəm
Çalışıram




Faydalı Linklər

www.wilayah.org
www.al-shia.org
www.azeri.makarem.ir
www.sistani.org
www.lankarani.ir
www.vahid-khorasani.ir
www.moftialshia.ir
www.j-fazel.org
www.ocaqnejad.com
www.islammektebi.org
www.sonumid.com
www.isra.az
www.kovser.az
www.islam-azeri.az
www.haqyolu.com
www.ahlibeyt.az
www.hilal.az
www.ramazanayi.org
www.birlik.az
www.muntozor.net
www.ehlibeyt-moize.ucoz.ru

Ramazan ayının 29-cu gününün duası: " İlahi, bu gün məni Öz rəhmətinlə əhatə et. Belə bir gündə işlərimin uyğun olmağını və hər bir azğınlıqdan qorunmağı mənə nəsib et. Mənim qəlbimi şübhəli işlərdən, qaranlıq yollardan və töhmət gətirən əməllərdən pak et, ey mömin bəndələrinə rəhm edən Allah ! "
بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ. يَا عَلِيُّ يَا عَظِيمُ يَا غَفُورُ يَا رَحِيمُ. أَنْتَ الرَّبُّ الْعَظِيمُ الَّذِى لَيْسَ كَمِثْلِهِ شَيْئٌ. وَ هُوَ السَّمِيعُ الْبَصِيرُ. وَ هَذَا شَهْرٌ عَظَّمْتَهُ وَ كَرَّمْتَهُ وَ شَرَّفْتَهُ وَ فَضَّلْتَهُ عَلَى الشُّهُورِ. وَ هُوَالشَّهْرُالَّذِى فَرَضْتَ صِيَامَهُ عَلَىّ. وَ شَهْرُ رَمَضَانَ الَّذِى أَنْزَلْتَ فِيهِ الْقُرْآنَ. هُدًى لِلنَّاسِ و بَيِّنَاتٍ مِنَ الْهُدًى وَالْفُرْقَان. وَ جَعَلْتَ فِيهِ لَيْلَةَ الْقَدْرِ. وَ جَعَلْتَهَا خَيْرًا مِنْ أَلْفِ شَهْرِ. فَيَاذَالْمَنِّ وَلا يُمَنُّ عَلَيْكَ. مُنَّ عَلَىَّ بِفَكَاكِ رَقَبَتِى مِنَ النَّارِ. فِيمَنْ تَمُنُّ عَلَيْهِ وَأَدْخِلْنِى الْجَنَّةَ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

email Dostuna göndər | print Çap versiyası | comment Şərhlər (0 )

Müqəddəs sevgi

Mehman Müctəba 25 Avqust 2009 11:36:00


image

Peyğəmbər (s) və Əhli-beytini (ə) sevməyin nə qədər əhəmiyyəti var və bu məhəbbət necə əldə olunur? Bu sualı cavablandırmazdan öncə "Eşq" kəlməsini başa düşmək lazımdır. Mövzumuza giriş olaraq eşqi iki söz ilə göstərmək istərdik. Eşq-yəni insanın bir şeyə rəğbət, istək və meyl göstəməklə sıx şəkildə bağlanmasına deyilir. Əhli-beytə (ə) olan məhəbbətin dəyərini Quran və hədislərdən əldə edib başa düşmək mümkündür.

Birinci bu mövzuya Qurani Kərimin baxışı ilə diqqət yetirək: Şura surəsinin 23-cü ayəsində buyurulur: "(Ya Peyğəmbər!) De: "Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (Əhli-beytə sevgidən) başqa bir şey istəmirəm…" Ayəni Peyğəmbərin (s) hədisləri də təsdiq edir. O özü və Əhli-beyt (ə) barəsində belə buyurur: "Heç bir bəndəyə özü üçün mən onun özündən, nəslim onun nəslindən, əhlim onun əhlindən və zatım onun zatından sevimli olmayana qədər iman gətirmiş sayılmaz"

Bu hədisdə Allahın Rəsulu (s) özünün və Əhli-beytinin (ə) məhəbbətini imanın şərti kimi qeyd edir. Çünki, insan özünü hər şeydən və hamından daha çox əzizləyir və istəyir. Daha sonra övladları və yaxınları bu sıraya daxildir. Amma insan birini sevdikdə və bu istəkdə ucaldıqda onu özündən, övladlarından və yaxınlarından daha üstün tutur. Bu istəyin həmin üstün mərtəbəsidir ki, həmin eşq adlandırılır. Buna görə Əhli-beytə (ə) olan eşq və məhəbbət ən üstün dərəcədə olmalıdır.

Buna səbəb isə insanın imanının ölçülərinin buna bağlı olmasıdır. Əməldə Əhli-beyt (ə) sevgisi. İmam Baqir (ə) Cabirə belə  buyurur: "Ey Cabir! Mənim salamımı şiələrimə çatdır və onlara de ki, bizim Allah Təala ilə olan yaxınlığımız yalnız Onun İlahi dərgahına olan bəndəçiliyimiz və itaətimizdəndir. Ey Cabir! Hər kəs Allaha itaət edib  bundan sonra yalnız bizə məhəbbət bəsləsə bizim dostumuz və sevdiyimiz şəxslərdəndir. Hər kim Allaha qarşı günah edərsə bizə olan məhəbbətinin ona heç bir faydası olmayacaq" Qeyd olunan hədisdə açıq şəkildə məlum olur ki, Əhli-beytə (ə) mə-həbbətin ilk şərti Allaha itaət etmək və günahlardan çəkinməkdir. Bunsuz məhəbbətin ona heç bir faydası olmayacaq. Amma bunu da qeyd etmək lazımdır ki, təsadüfi günahlar (sonradan tövbə olunaraq bağışlanan günahlar) Əhli-beytin (ə) sevgisinin fayda verməsinə qadağa qoymur.

Həzrət Əli (ə) buyurur: "Mən və İtrətim (ə) Allah Rəsulu (s) ilə "Kövsər" bulağında görüşərik. Hər kim bizi istəyir gərək həm bizim dediklərimizə, eyni halda əməl etdiklərimizə əməl etsin…."

Əhli-beyt (ə) sevgisini qazanmağın yolları.

1. Əhli-beyti (ə) tanımaq. Məsum İmamı (ə) tanıdıqda ondakı kamalatı və qeyri-adi xüsusiyyətləri görürük. Bu tanışlıq təbii olaraq bağlılıq və məhəbbət yaradır. İmam Sadiq (ə) buyurur: "İmam Allah-Təala ilə yaratdıqları arasında aşikar yol göstərən şəxsdir. Hər kim onu tanısa mömin, tanımayıb inkar edən isə kafir olar." Mömin olmaq İmamı tanımağa bağlıdır. İmanın şərti isə Əhli-beytə (ə) sevgi, təbii olaraq düşmənlərinə qəzəb etməyi əhatə edir. Bu bərədə İmam Baqir (ə) belə buyurur: "İman sevgi və qəzəbdir." Yəni bütün yaxşıları, kamalatı və yaxşılıqları sevmək eyni halda bütün pisliklərdən və əyriliklərdən nifrət etməkdən ibarətdir.

Belə məlum oldu ki, Məsum İmamı (ə) tanımaq imanın hasil olmasına səbəb olur. İman isə sevgi və qəzəbdən başqa bir şey deyildir. Nəticədə Əhli-beyt (ə) sevgisini əməli yolla qazanmağın yollarından biri o ali şəxsləri tanımaqdan keçir.

2. Əhli-beytə (ə) itaət etmək.

Bir şəxs lazımı və kifayət qədər Əhli-beyti (ə) tanıyarsa onlara itaəti özünə vacib biləcək. Əgər tanışlıq yüksək səviyyədə olmasa belə olan halda insan onların əmrlərinə itaətdə səhlənkarlıq göstərəcək. Günah etmək hansı ölçüdə olsa bu əməl qəlbdə həmin ölçüdə kin və qəzəb yaradır. Kin və qəzəb isə sevgi və səfanın ziddidir. Onların əmrinə qarşı olan günahın dərəcəsi bu səviyyədə onlara qarşı qəlbdə kin və qəzəb əmələ gətirir. Həmçinin nə qədər onların əmrlərinə itaət olunsa həmin ölçüdə onlara qarşı sevgi və səfa qəlbi bürüyür. İmam Rza (ə) buyurur: "İlahi! Səndən  Sənin sevgini mənə çatdıran o əməli istəyirəm." Beləliklə Əhli-beyt (ə) sevgisini qazanmağın əməli yollarından biri əməl və itaətin eynidir.

3. Mərifətlə təvəssül etmək.

İmamı tanımaqla başa düşdük ki, bizim hər şeyimiz ona bağlı olub və o bəşər üçün feyz və kamal vasitəsidir. (daha ətraflı məlumat əldə etmək üçün "Cameyi-Kəbirə" duasına müraciət edin) əgər təvəssül tanımaq və diqqətlə birlikdə olarsa arifanə və aşiqanə tərənnüm olub qəlbdəki sevgini əvvəlkindən daha da çox artırır.

İlahi! Daim Əhli-beyt (ə) sevgisi ilə döyünüb yaşayan Azərbaycan xalqının qəlblərini şeytan və şeytan kimilərin hiylələrindən nicat ver. Qəlblərimizi bu müqəddəs sevginin nuru ilə nurlandır.



305 dəfə oxunub

Bu məqaləni necə qiymətləndirirsiniz ?

1 2 3 4 5    5 üzərindən 5   (cəmi 7 səs)
comment Şərhlər (0 )
Namaz Vaxtları
10 - 16 Sentyabr
Gün Sübh Günəş Zöhr Şam Gecəyarı
10 05:53 07:16 13:38 20:16 01:05
11 05:54 07:17 13:37 20:14 01:05
12 05:56 07:18 13:37 20:12 01:05
13 05:57 07:19 13:37 20:11 01:04
14 05:58 07:20 13:36 20:09 01:04
15 05:59 07:21 13:36 20:07 01:04
16 06:00 07:22 13:36 20:06 01:03
Dünəndə Bugün

03 sеntyabr (23 ramazan)

Quranın nazil olması.

Bu gеcə Qurani-Kərim yеr üzünə nazil olub. Başqa bir rəvayətə əsasən isə bu hadisə ramazanın 24-də baş vеrib.

 

 

04 sеntyabr (24 ramazan)

Əbu Ləhəbin ölümü.

Bu gün Əbu Ləhəbin ölüm günüdür. Bir rəvayətə əsasən o, ramazanın 25-də cəhənnəmə vasil olub.

 

 

Ramazan ayının sonu.

1. Ömərin vasitəsi ilə Təravih namazının bidəti.

Hicrətin 14-cü ili bu ayda Ömər nafilə namazını camaatla qılmaq bidətini qoydu. Sonra bir kişini kişilər üçün, bir kişini isə qadınlar üçün namaza imam sеçdi.

 

2. Pеyğəmbərin (s) yağış üçün еtdiyi dua.

Hicrətin 6-cı ili bu ayda Mədinədə quraqlıq baş vеrdi. Pеyğəmbər (s) dua еdərək yağış istədikdə yağış yağdı.