Əsas Səhifə | Hаqqımızdа | Əlaqə | Başlanğıc səhifəsi et | Seçilmişlərə əlavə et
  Ətraflı axtarış » Həftəlik Dini İctimai Qəzetin Elektron Versiyası
Yazarlar
image

Əbülfəz Bunyadov

image

Mehman Müctəba

image

İntiqam Rüstamov

image

Əli Nur

image

Mircəfər Əyyubzadə

image

Muhəmməd Baqir

image

Sadiq


Arxiv
Be Ça Ç. Ca C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
27282930



Sorğu: Fikrini bildir

Bir gəncin əxlaqi dəyərlərinin pozulmasında əsas günahkar kimdir?

Valideyn
Müəllim
Dost-tanış
Özü
Cəmiyyət
Hamısı




Faydalı Linklər

www.wilayah.org
www.al-shia.org
www.azeri.makarem.ir
www.sistani.org
www.lankarani.ir
www.vahid-khorasani.ir
www.moftialshia.ir
www.j-fazel.org
www.ocaqnejad.com
www.islammektebi.org
www.sonumid.com
www.isra.az
www.kovser.az
www.islam-azeri.az
www.haqyolu.com
www.ahlibeyt.az
www.hilal.az
www.ramazanayi.org
www.birlik.az
www.muntozor.net
www.ehlibeyt-moize.ucoz.ru

Ramazan ayının 28-ci gününün duası: " İlahi, bu gün məni öz vəzifəmdən artıq müstəhəb əməlləri yerinə yetirməyə müvəffəq et və bütün vəzifə və məsuliyyətlərimi hazırlayıb əməl etməyi kəramət et. Bu gün Sənə yaxın edən vasitələrin daha yaxın olanını mənə yaxınlaşdır, ey istəyi olanların israrı və çox təmənna etmələrinin qafil etmədiyi Allah ! "
Əziz oxucularımızın nəzərinə çatdırırıq ki, bu həftə "İslam Həqiqətləri" qəzeti bir gün tez işıq üzü görərək ayın 9-da satışda olacaq.

email Dostuna göndər | print Çap versiyası | comment Şərhlər (0 )

Qeyri adi səfər

Mehman Müctəba 06 Sentyabr 2009 16:28:00


image

Bəşəriyyət texnika əsrində yaşasa da, bir çox elmi nailiyyətlər əldə etsə də, bu dünyanın bir çox açılmamış sirləri hələ də qalmaqdadır. Göy cismləri, planetlər, ulduzların və sair varlıqlarln həqiqəti müəmmalı olaraq qalmaqdadır.

Amma on dörd əsr bundan qabaq sonsuz qüdrət sahibi , Aləmlərin Rəbbi özünün ən şərafətli bəndəsini qeyri adi səfərə apararaq bir çox sirlərin mahiyyət və həqiqətini ona nümayiş etdirdi. Nəcm surəsinin 18 -ci ayəsində  buyurulur: "O, Allahının böyük nişanələrindən bir qismini muşahidə etdi."

Qaranlıq hər bir tərəfi bürümüşdü, dünya sakitliyə qərq olaraq yuxuya getmişdi. Həzrət Rəsul (s) bacısı Ümmü Haninin evində istirahət etməyə hazırlaşırdı ki, tanış bir səslə nida gəldi: "Ey Allahın Rəsulu (s), bu gecə səni uzun bir səfər gözləyir. Sənin üçün hazırlanmış "Bərraq" adlı miniyə səvar ol."

Bu qeyri adi səfər "Məscidul-Həram"dan başlayaraq muxtəlif yerlərin ziyarəti ilə davam etdi. Allahın Rəsulu (s) buyurur: "Bir yerə yetişdikdə mən orada namaz qıldım. Allahın ən əziz mələyi Cəbrail (ə) buyurdu: "Bura müqəddəs Turi Sina dağıdır." Daha sonra İsanın (ə) dünyaya gəldiyi yeri ziyarət edib səfərə davam etdik. Beytül-Müqəddəsdə endik. Bir dəstə mələklər mənim yanıma gələrək dedilər: "Sən qiyamətdə ilk olaraq qəbrdən qalxacaq kəssən və sonuncu Peyğəmbər də sənsən. Sənin məqam və şərəfinə xatir ümmətin ilk olaraq məhşərə gələcək."

Əqsa məscidində bütün Peyğəmbərlər mənə iqtida edərək camaat namazı qıldıq. (Əl-mizan, cild 13, səh. 5) Əli ibn İbrahim Qumi atası ibn Əmirdən və Hişam ibn Salimdən, o da İmam Sadiqdən (ə) Peyüğəmbərin (s) merac səfəri barəsində belə nəql edir: "Allahın Rəsulu (s) buyurub: "Cəbrail (ə) və mən asimana tərəf qalxdıq. Bir yerə çatdıqda İsmail adında bir mələk gördüm ki, 70 min mələk onun ixtiyarındadır və hər bir mələyin də ixtiyarında 70 min mələk vardır. Onlarla görüşdükdən sonra ikinci asimana daxil olduq.

Orada bir çox mələkləri xoş və gülərüz gördüm. Elə böyüklükdə bir mələk gördüm ki, onun kimi böyük məxluq görməmişdim. Çox qəmli idi. Cəbrail (ə) buyurdu: "Bu, cəhənnəmin malikidir. Allah onun əli ilə düşmənlərindən intiqam alacaq." O mələk mənə behişt müjdəsi verdikdən sonra səfərimizə davam etdik.

Babam Adəmlə görüşdükdən sonra mələklərin içindən keçərək bir mələyin yanına çatdım ki, əlində nurdan bir lövhə var idi. Nə sağa, nə də sola baxmayaraq diqqətlə onu mutaliə edirdi. O, qəmli bir sima ilə muşahidə olunurdu. Cəbrail (ə) buyurdu: "Bu, ölüm mələyidir ki, daim ruhları qəbz etməklə məşğuldur." Yaxın gedərək onunla söhbət etdim. O, buyurdu: "Ya Muhəmməd (s)! Sənə müjdə verirəm ki, bütün xeyirlər ümmətində cəmlənib." O, sözünə davam edərək buyurdu: "Elə bir ev yoxdur ki, gündə beş dəfə oraya getməyim..."

Sonra yolumuza davam etdik. Bir dəstə insanlara yetişdik ki, qarşılarında həm pak, həm də çirkin yeməklər var idi. Amma onlar çirkin yeməklərdən istifadə edirlər. Cəbrail (ə) buyurdu: "Bunlar sənin ümmətinin haram yeyənləridir. Halalı kənara qoyub haramdan ləzzət alırlar."

Səfər davam etdikcə müxtəlif dəstələrlə rastlaşırdıq. Elə bir yerə çatdıq ki, insanların ağızlarına od tökürdülər. Həmin od onları yandıraraq ayaqlarından dağılırdı. Cəbrail (ə) buyurdu: "Bunlar o kəslərdir ki, yetimlərin malını yeyirlər." Başqa bir dəstəni gördüm ki, qarınlarının yekəliyindən ayağa qalxa bilmirdilər. Cəbrail (ə) buyurdu: "Bunlar sələm (faizlə pul vermək) yeyənlərdir. "Oradan uzaqlaşdıqdan sonra iki nəfər oxşar şəxsə rast gəldim. Onlardan biri Yəhya (ə), digəri isə İsa (ə) idi. Daha sonra üçüncü asimanda Yusif (ə), dördüncü asimanda İdris (ə), beşinci də Harun (ə) İmran (ə) oğlunu, altıncıda Musanı (ə) gördüm və onlarla söhbət etdim.

Onlardan ayrıldıqdan sonra iki çay gördüm, biri Kövsər digəri isə rəhmət çayı. Kövsər suyundan içib rəhmət suyunda yuyundum və behiştə daxil oldum. İki tərəfdə özümün və Əhli-Beytimin (ə) evlərini muşahidə etdim...

Səfərimiz davam edirdi. "Sədrətul Müntəha" adlı yerə yetişdikdə Cəbrail (ə) məndən ayrıldı. Çünki onun ora daxil olmağa icazəsi yox idi. Orada Allah Təala ilə birbaşa danışdım. Allah Təala fəzada səs yaradaraq mənimlə danışırdı.

Bir gün Peyğəmbərdən (s) soruşdular: "Merac gecəsində Allah səninlə hansı səslə danışırdı?" Allahın Rəsulu (s) buyurdu: "AllahTəala mənimlə Əlinin (ə) səsi ilə danışırdı. Mən təəccüblə: -"Mənimlə danışan kimdir?" deyə soruşduqda Allah Təala buyurdu:  “Bizim ən çox sevdiyimiz şəxs Əli (ə) olduğundan onun səsi ilə səninlə danışıram ki, bununla qəlbin sakitləşsin."



263 dəfə oxunub

Bu məqaləni necə qiymətləndirirsiniz ?

1 2 3 4 5    5 üzərindən 5   (cəmi 3 səs)
comment Şərhlər (0 )
Namaz Vaxtları
03 - 09 Sentyabr
Gün Sübh Günəş Zöhr Şam Gecəyarı
03 05:45 07:09 13:40 20:27 01:07
04 05:46 07:10 13:40 20:26 01:07
05 05:47 07:11 13:39 20:24 01:06
06 05:49 07:12 13:39 20:23 01:06
07 05:50 07:13 13:39 20:21 01:06
08 05:51 07:14 13:38 20:19 01:06
09 05:52 07:15 13:38 20:18 01:05
Dünəndə Bugün

03 sеntyabr (23 ramazan)

Quranın nazil olması.

Bu gеcə Qurani-Kərim yеr üzünə nazil olub. Başqa bir rəvayətə əsasən isə bu hadisə ramazanın 24-də baş vеrib.

 

 

04 sеntyabr (24 ramazan)

Əbu Ləhəbin ölümü.

Bu gün Əbu Ləhəbin ölüm günüdür. Bir rəvayətə əsasən o, ramazanın 25-də cəhənnəmə vasil olub.

 

 

Ramazan ayının sonu.

1. Ömərin vasitəsi ilə Təravih namazının bidəti.

Hicrətin 14-cü ili bu ayda Ömər nafilə namazını camaatla qılmaq bidətini qoydu. Sonra bir kişini kişilər üçün, bir kişini isə qadınlar üçün namaza imam sеçdi.

 

2. Pеyğəmbərin (s) yağış üçün еtdiyi dua.

Hicrətin 6-cı ili bu ayda Mədinədə quraqlıq baş vеrdi. Pеyğəmbər (s) dua еdərək yağış istədikdə yağış yağdı.