Əsas Səhifə | Hаqqımızdа | Əlaqə | Başlanğıc səhifəsi et | Seçilmişlərə əlavə et

 

                                      

 

  Ətraflı axtarış » Həftəlik Dini İctimai Qəzetin Elektron Versiyası
Yazarlar
image

Mehman Müctəba

image

İntiqam Rüstamov

image

Əli Nur

image

Muhəmməd Baqir

image

Sadiq


Arxiv
Be Ça Ç. Ca C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
2728293031



Sorğu: .

Faydalı Linklər

www.wilayah.org
www.khamenei.ir
www.azeri.makarem.ir
www.sistani.org
www.lankarani.ir
www.al-shia.org
www.ocaqnejad.net
www.darolershad.org/az/
www.nardaranpiri.com
www.muntozor.net
www.balaghah.net
www.islammektebi.org
www.sibtayn.com
www.sizinyol.com
www.ceferiler.com
www.shabestan.net/az/
www.abna.ir
www.erfan.ir/azari/
www.birlik.az
az.313news.net
aztabriz.irib.ir
az.arannews.com
www.ehlibeyt-moize.ucoz.ru
az.baku.icro.ir
www.zuhuradogru.org
www.maide.az

İmаm Hаdi (ə): “Allah yolunda möhkəm olan şəxsə dünyanın müsibətləri asan gələr, hətta tikə-tikə doğransa belə”.
اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَه فيها طَويلاً

email Dostuna göndər | print Çap versiyası | comment Şərhlər (0 )

Bərdə İmamzadəsi

Ihq 11 Oktyabr 2009 22:18:00


image

Azərbaycan torpağı daim Əhli-Beyt (ə) ailəsinin sığınacaq yerlərindən biri olub. Buna misal olaraq Bakıda Bibi heybət, Bakının Nardaran kəndində Rəhimə xanım ziyarətgahı, Bülbülə kəndindəki İmamzadə, Bakının Bilgəh kəndindəki Leyla xanım ziyarətgahı və başqa ziayarətgahları qeyd etmək olar.

Bu məkanlarda İmam (ə) övladları dəfn olunub və hər zaman xalqımız tərəfindən böyük ehtiramla ziyarət olunur. Belə ziyarətgahlar ölkəmizin müxtəlif bölgələrində də mövcuddur. Onlardan Gəncə, Bərdə İmamzadəsini və s, nümunə göstərmək olar. Bu kiçik yazıda Ölkəmizin qədim şəhərlərindən biri olan Bərdə İmamzadəsi barədə oxuculara məlumat vermək istəyirik.

Bərdə şəhərində yerləşən bu qədim ziyarətgahda İmam Cəfəri Sadiqin (ə) qız nəvəsi Şahzadə İsmayilin qəbri yerləşir. O dövürlərdə Əbbasi xəlifələrinin Əhli-Beyt (ə) ailəsinə etdiyi zülmlərin əlindən hicrət edən Şahzadə İsmayil daim Əhli-Beyt (ə) aşiqi olan Azərbaycan torpağına sığınır. Bu yerlərdə xalqın dəstəyi və köməyi ilə Əbbasi xəlifələrinin zülmündən amanda qalmaq mümkün idi.

İpək yolunun üstündə yerləşən Azərbaycanın qədim şəhərlərindən biri olan Bərdə Şahzadə İsmayilin məskunlaşdığı yer olur. O ömrünün sonuna kimi bu torpaqda yaşayıb dünyasını dəyişir. Əhli-Beyt (ə) ailəsinin davamçıları olan Azərbaycan xalqı İmam (ə) övladının dəfn olunduğu məkanı qoruyub saxlamış və hər zaman ziyarət etmiş, onu vasitəçi bilib öz istəklərini Allah-təaladan istəyirlər. Hal-hazırda da bura xalqımızın daim ziyarət etdiyi yerlərdən biridir.

12 ci əsrdə İbrahim adlı tacir xalqın bir qəbri ziyarət etdiyini görür, maraqlananda ona bildirirlər ki burada İmam Cəfəri Sadiqin (ə) qız nəvəsi Şahzadə İsmayil dəfn olunub bunu eşidən tacir öz hesabına qəbrin üstündə çay daşlarından günbəzli ziyarətgah tikdirir. Qeyd edək ki, Ensklopediya da bu ziyarətgah “Tacir İbrahim” adı ilə qeyd olunub.

1868 - ci ildə İmamzadə türbəsinin 4 minarəsi Memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən bərpa olunub. Sonda bir məlumatıda qeyd edək ki, Memar Kərbəlayi Səfixan Qarabaği 1788 – ci ildə Azərbaycanın qədim və gözəl şəhərlərindən biri olan Şuşada anadan olub. 1910 – cu ildə isə dünyasını dəyişdiyi bildirilir.

Memar Kərbəlayi Səfixan Qarabaği 1864 – cü ildə Şuşadakı Gövhərağa məscidini, 1868 – ci ildə isə Ağdam məscidini bərpa edib.

Hazırladı: Mehman Müctəba, İntiqam Rüstəmov

2108 dəfə oxunub

Bu məqaləni necə qiymətləndirirsiniz ?

1 2 3 4 5    5 üzərindən 5   (cəmi 44 səs)
comment Şərhlər (0 )
Namaz Vaxtları
17 - 23 Oktyabr
Gün Sübh Günəş Zöhr Şam Gecəyarı
17 06:33 07:53 13:26 19:16 00:55
18 06:34 07:54 13:26 19:14 0054
19 06:35 07:55 13:26 19:13 00:54
20 06:36 07:56 13:25 19:11 00:54
21 06:37 07:57 13:25 19:10 00:54
22 06:38 07:58 13:25 19:08 00:54
23 06:39 07:59 13:25 19:09 00:53
Video Yazılar
Yeni
Film
Arxiv

İslamın Əziz Rəhbəri Xamenei Ağa haqqında surud

Dünəndə Bugün

17 оktyabr (22 zilhiccə)

 

Mеysəm Təmmаrın şəhаdəti

 

Hicrətin 60-cı ili bu gün Mеysəm Təmmаr İmаm Hüsеynə (ə) оlаn vəfаsınа görə ibn Ziyаdın əli ilə dаrа çəkilərək şəhаdətə çаtdı. Mеysəm Təmmаrın şəhаdətinin zilhiccənin 19-u, yа Аşurа günündə оlduğu dа nəql оlunub. 

 

19 оktyabr (24 zilhiccə)

 

1. Mübаhilə günü

 

Bu gün Əhli-bеytin (ə) Nəcrаn nəsrаnilərilə mübаhilə günüdür. Digər tərəfdən Əhli-bеytin (ə) bаrəsində "Təthir" аyəsinin nаzil оlduğu gündür.

 

2. Üzük hədiyyə оlunаn gün

 

Bu gün Əmirəl-Möminin Əli (ə) məsciddə ruku hаlındа öz üzüyünü dilənçiyə bаğışlаdı. Bu bаrədə аyə nаzil оldu.

 

3. Həl Ətа surəsinin nаzil оlmаsı

 

Bu gün "Həl ətа" surəsi Əmirəl-Möminin Əli (ə), Fаtimə (s.ə), Həsən (ə) və Hüsеyn (ə) bаrədə nаzil оldu. Üç gün оnlаr öz iftаrlаrını miskinə, yеtimə vеrdilər. Bundаn sоnrа bеhişt təаmı nаzil оldu. Bir rəvаyətə əsаsən, bu surə zilhiccənin 25-də nаzil оlub.

 

20 оktyabr (25 zilhiccə)

 

İmam Əlinin (ə) ilk Cümə nаmаzı

 

Bu gün Əmirəl-Möminin Əli (ə) cаmааtın оnunlа bеyət еtməsindən sоnrа ilk cümə nаmаzını qıldı.

 

22 оktyabr (27 zilhiccə)

 

1. Mərvаnın ölümü

 

Hicrətin 133-cü ili bu gün Mərvаn ibn Muhəmməd ibn Mərvаn ibn Həkəm (Mərvаn Himаr kimi tаnınıb) Bəni Üməyyənin sоnuncu хəlifəsi öldürüldü və Bəni Üməyyənin 1000 аylıq hаkimiyyəti bаşа çаtdı.

 

2. Hərrə hаdisəsi

 

Hicrətin 63-cü ili bu gün Hərrə hаdisəsi bаş vеrib. Rəvаyətlərdəbu hаdisənin аyın 27-i və yа 28-də bаş vеrdiyi qеyd оlunur. Bu gün Yеzidin əli ilə Mədinə əhli qаrət оlunub qətlə yеtirildi. 4000 nəfərdən çох öldürüləndən sоnrа Müsrif (Müslim) ibn Əqəbə Mədinə əhlinin qаdınlаrını və mаllаrını 3 gün öz оrdusunа mübаh еtdi. Bu hаdisə "Hərrə" аdı ilə məşhurdur. Bu, Yеzidin ölümündən 2 аy qаbаq bаş vеrib.

 

3. Əli ibn Cəfərin vəfаtı

 

Hicrətin 210-cu ili bu gün Əli ibn Cəfər (ə) vəfаt еtdi. Cənаb Əli ibn Cəfər böyük məqаmа sаhib оlаn imаm оğlu, sеyyid, çохlu fəzilətə sаhib оlаn аlim və еtimаdlı şəхslərdən sаyılırdı. О, İmаm Sаdiqi (ə), İmаm Musа ibn Cəfəri (ə), İmаm Rzаnı (ə) və İmаm Cəvаdı (ə) həyаtındа görüb.