Bilirsinizmi kimlər qəribdir?
Etibarlı hədisdə İmam Sadiqdən (ə) nəql olunur ki, O Həzrət (ə) buyurur: “Qəriblər 4 qismdir”.
1. O Alim ki, əhvalını soruşmurlar.
2. O Quran ki, onu oxmurlar.
3. O Məscid ki, camaat ora gəlmir.
4. O əsir ki, kafirin əlindədir.
Bilirsinizmi hansı 3 şeydə Həzrət Əli (ə) Peyğəmbərimizlə (s) şərikdir?
Allahın Rəsulu (s) buyurur: “Allah-təala mənə 3 şey əta edib ki, Həzrət Əli (ə) həmin 3 şeydə mənimlə şərikdir.
1. Mən həmd bayrağıyam, onun ələmdarı Əlidir (ə).
2. Kövsər hovzu mənimdir. Amma onun saqisi Həzrət Əlidir (ə).
3. Behişt və cəhənnəmin ixtiyarını Allah-təala mənə verib. Lakin onu bölmək üçün Həzrət Əlini (ə) seçib.
Bilirsinizmi qəbrdə hansı suallara cavab verəcəksiz?
Məsum İmamlarımızın (ə) hədislərindən belə məlum olur ki, qəbrdə insan bu suallara cavab verəcək.
1. Kimə ibadət edirdin?
2. Kitabının adı nədir?
3. Əmr aldığın İmam (rəhbər) kim idi?
4. Neçə il yaşadın və bu ömürü necə sərf elədin?
5. Malını hardan qazandın və hansı yolda sərf elədin?
6. Namazını düzgün qıldın?
7. Malının xüms və zəkatını verdin?
8. Öhdəndə olan vacibi həcci yaxşılıqla yerinə yetirdin?
9. Vacibi oruclarını yerinə yetirdin?
Bilirsinizmi ilk dəfə mənbər harada hazırlanıb?
Allahın Rəsulu (s) Mədinə məscidində stuna söykənərək səhabələr üçün moizə edərdi. Bu stun hər hansı mərmər və ya kaşıdan deyildi. Bu sadəcə bir xurma ağacı idi ki, kainatın ən şərəflisi bu ağaca söykənib danışardı. Zaman keçdikcə Müsəlmanların sayı artırdı, artıq Allah Rəsulunun (s) səsi hamıya çatmırdı.
Həzrət Əlinin (ə) qardaşı Cəfər ibn Əbu Talib yenicə Həbəşədəki muhacirətdən mədinəyə qayıtmışdı. O Allah Rəsulunun (s) yanına gəlib buyurdu ki, Həbəşədə belə bir adət var natiqlər və çıxışçılar taxtadan hazırlamış hündür yerə çıxıb orada söhbət edirlər. Cəfər daha sonra mənbərin quruluşunu göstərdi. Allahın Rəsulu (s) icazə verdi ki, həmin cür mənbər hazırlasınlar. Ondan sonra Allah Rəsulu (s) həmin mənbərin üstündə moizə edərdi.
Bilirsinizmi neçə şey duanın qəbul olmasına səbəb olur?
1. Hər işdə Bismillah demək.
2. Duanı Salavatla başlayıb salavatla bitirmək.
3. Allahdan başqa hamıdan ümüd kəsib, yalnız Allahın rəhmətinə təvəssül etmək.
4. 40 gün Allah dərgahına dua etməyə davam etmək.
5. Duada huzuri qəlbli olmaq.
6. Dua zamanı 40 nəfər mömin şəxsi dua etmək.
7. Dua edərkən 40 nəfər Allah bəndəsinin hacətini öz hacətindən qabaq salıb istəmək.
8. Duanın qəbul olmasına ümüdvar olmaq.
9. Yemək və geyimi haramdan xalis etmək.
10. Valideynə aq olmamaq.
Bilirsinizmi hansı şeylər ömürü uzadır?
1. Ata-ananı sevindirmək.
2. Yaşlılara hörmət edib onları böyük tutmaq.
3. Sileyi rəhm (yaxınlar və qohumlarla əlaqə)
4. Yaşıl ağacları kəsməmək. (Zərurət halları istisnadır)
5. Kamil dəstəmaz almaq.
6. Sağlamlığı qorumaq.
7. Camaatla xoş rəftar olmaq.
8. Camaata yaxşılıq və ehsan etmək.
9. Qonşularla xoş rəftar olmaq.
Bilirsinizmi hansı şeylər fəqirliyə (kasıbçılıq) bais olur?
1. Zina etmək.
2. Ğina.
3. Fəqir olmadığı halda fəqirlik izhar etmək.
4. Müsəlmana xəyanət etmək.
5. Söyüş söymək.
6. Allaha əmrlərinə əməl etməməyə davam etmək.
7. Məğrib (şam) və işa namazları arasında, həmçinin günəş çıxmamışdan qabaq yatmaq.
8. Çoxlu haram yemək.
9. Ehtiyac olmadığı halda camaatdan sual soruşmaq.
Bilirsinizmi hansı şeylər dinin azalmasına səbəb olur?
1. Paxıllıq.
2. Zina etmək.
3. Çox gülmək.
4. Həsəd etmək.
5. Qəzəb etmək.
6. Qeybət etmək və müsəlman barədə pis danışmaq.
7. Tamahkar olmaq.
8. Çoxlu yatmaq.
9. Fəqir olan bir kişinin sərəvətlinin müqabilinədə onun sərvətinə görə kiçilməsi.
10. Dünya malını sevmək.
11. Məqam və mənsəbi sevmək.
12. Din alimlərindən uzaq olmaq.