Əsas Səhifə | Hаqqımızdа | Əlaqə | Başlanğıc səhifəsi et | Seçilmişlərə əlavə et

 

                                      

 

  Ətraflı axtarış » Həftəlik Dini İctimai Qəzetin Elektron Versiyası
Yazarlar
image

Əbülfəz Bunyadov

image

Mehman Müctəba

image

İntiqam Rüstamov

image

Əli Nur

image

Mircəfər Əyyubzadə

image

Muhəmməd Baqir

image

Sadiq


Arxiv
Be Ça Ç. Ca C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
27282930



Sorğu: Cavab ver

İmam Əli(ə) buyurub: "Hər kim özünü tanısa, Allahını tanıyar". Özünüzü tanıyırsınız?

Bəli
Xeyr
Bilmirəm
Çalışıram




Faydalı Linklər

www.wilayah.org
www.al-shia.org
www.azeri.makarem.ir
www.sistani.org
www.lankarani.ir
www.vahid-khorasani.ir
www.moftialshia.ir
www.j-fazel.org
www.ocaqnejad.com
www.islammektebi.org
www.sonumid.com
www.isra.az
www.kovser.az
www.islam-azeri.az
www.haqyolu.com
www.ahlibeyt.az
www.hilal.az
www.ramazanayi.org
www.birlik.az
www.muntozor.net
www.ehlibeyt-moize.ucoz.ru

Ramazan ayının 29-cu gününün duası: " İlahi, bu gün məni Öz rəhmətinlə əhatə et. Belə bir gündə işlərimin uyğun olmağını və hər bir azğınlıqdan qorunmağı mənə nəsib et. Mənim qəlbimi şübhəli işlərdən, qaranlıq yollardan və töhmət gətirən əməllərdən pak et, ey mömin bəndələrinə rəhm edən Allah ! "
بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ. يَا عَلِيُّ يَا عَظِيمُ يَا غَفُورُ يَا رَحِيمُ. أَنْتَ الرَّبُّ الْعَظِيمُ الَّذِى لَيْسَ كَمِثْلِهِ شَيْئٌ. وَ هُوَ السَّمِيعُ الْبَصِيرُ. وَ هَذَا شَهْرٌ عَظَّمْتَهُ وَ كَرَّمْتَهُ وَ شَرَّفْتَهُ وَ فَضَّلْتَهُ عَلَى الشُّهُورِ. وَ هُوَالشَّهْرُالَّذِى فَرَضْتَ صِيَامَهُ عَلَىّ. وَ شَهْرُ رَمَضَانَ الَّذِى أَنْزَلْتَ فِيهِ الْقُرْآنَ. هُدًى لِلنَّاسِ و بَيِّنَاتٍ مِنَ الْهُدًى وَالْفُرْقَان. وَ جَعَلْتَ فِيهِ لَيْلَةَ الْقَدْرِ. وَ جَعَلْتَهَا خَيْرًا مِنْ أَلْفِ شَهْرِ. فَيَاذَالْمَنِّ وَلا يُمَنُّ عَلَيْكَ. مُنَّ عَلَىَّ بِفَكَاكِ رَقَبَتِى مِنَ النَّارِ. فِيمَنْ تَمُنُّ عَلَيْهِ وَأَدْخِلْنِى الْجَنَّةَ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

email Dostuna göndər | print Çap versiyası | comment Şərhlər (0 )

Qalx ayağa!

Mehman Müctəba 06 Noyabr 2009 23:21:00


image

Hicri-qəməri tarixi ilə 1343-cü (1922-ci miladi) il şəvval ayında  baş vermiş qeyd olunan hadisə Təbriz sakini olmuş Hacı Əli Təbrizinin Rübabə adlı qızının həyat yoldaşı Məşhədi Əli Əkbər Nəccar tərəfindən nəql olunmuşdur. O, deyirdi:

Rübabə adlı bir xanımla ailə həyatı qurduğumun bir neçə günlüyündə həyat yoldaşım xəstəliyə tutuldu. Həkimə müraciət etdik və 9 günlük müalicədən sonra o, sağaldı. Lakin, pəhrizə əməl etmədyindən bir müddət sonra həmin xəstəlik yenidən qayıtdı. Sağ əli və ayaqları tutuldu. Həkimlər onun sağalması üçün 7 ay çalışsalar da heç bir faydası olmadı. Almani-yadan olan bir həkimə müraciət etdikdə o, tamam başqa bir diaqnoz qoyaraq müalicəyə başladı. Bu müalicə mənfi nəticə verərək yoldaşımın ağzının da tutulmasına səbəb oldu. Bundan sonra almaniyalı həkim xəs-təliyin çarəsi olmadığını qeyd edərək msalicəni dayandırdı.

Sonra digər həkimlər onu msalicə etmək öçön toplaşaraq bir dərman hazırladılar. Bu dərmanın təsiri nəticəsində yoldaşım ağzını açıb yemək yeyə bildi. Əlləri və ayaqları isə hələ də hərəkətsiz qalmaqda idi. Uzun müddətli malicələrə baxmayaraq həkimlər onun sağalmayacağını bildirdilər.

Şəvval ayının 8-i, həftənin cümə axşamı həyat yoldaşım məni çağıraraq halsız halda üzr istəyib dedi:

"Həyat yoldaşım! Mənim üçün çox zəhmət çəkmisən. Məndən heç bir xeyir görmədin. Boynuma minnət qoyub sabah axşam məni Həzrət İmam Rzanın (ə) pak hərəminə apar. Özün isə geri qayıdarsan. Mən Allah-təaladan İmamın (ə) hörmətinə xatir şəfa və ya ölümü istəyəcəyəm. İnşaallah ikisindən biri mənə mərhəmət edər."

Onun xahişini qəbul edib cümə gecəsi anası ilə birlikdə onu hərəmə apardım. Hərəmin daxilinə kimi onu çiynimdə götürüb zərihin yanına qoydum. Özüm isə evə qayıtdım. Rübabə nəql edir: Həyat yoldaşım getdikdən sonra anam dedi:

"Sən zərihin yanındasan, ona söykən. Mən qadınların məscidinə gedib bir az istirahət edim." O getdikdən sonra mən İmama (ə) təvəssül edib dedim: "Pərvərdigara! Ya ölüm, ya İmama (ə) xatir mənə şəfa ver".

Çoxlu ağladıqdan sonra yuxulamış halda gördüm ki, müqəddəs zərih açıldı, əynində yaşıl libas olan bir ağa oradan mənə tərəf gəlib Azərbaycan dilində mənə buyurdu:

"Qalx ayağa!"

Cavab vermədim. Bir daha təkrar etdi, yenə cavab vermədim. Üçüncü dəfə təkrarlayanda dedim: "Ağa, mənim əl-ayağım tutulub".

Buyurdu: "Ayağa qalxıb Gövhərşad məscidinə get. Dəstəmaz alıb namaz qıl. Sonra bura qayıt".

Bu an hərəmdə olan qadınlardan birinin səsinə oyandım. Özümdə ağrı hiss etmirdim. Yerimdən qalxıb öz-özümə dedim: "İlk olaraq gedib anama müjdə verim". Qadınların məscidinə gedib anamı yuxudan oyatdım və dedim: "Qalx! Allah-təala Qəriblərin zamininə xatir mənə şəfa mərhəmət etdi".

Anam yuxudan ayılıb məni sağlam gördükdə ağlamağa başladı. Sevincdən hər ikimiz bir saat ağladıq. Yavaş-yavaş camaat nə baş verdiyini bildilər və üstümə töküldülər.

Hərəmin xidmətçilərindən bir neçə nəfər atamı və həyat yoldaşımı çağırmağa getdilər.

Onlar xoşhallıqla gəlib məni sağlam gördülər. Həyat yoldaşım dedi: "Qalx, gedək". Dedim: "Gedə bilmərəm! İmam Rza (ə) mənə buyurdu ki, dəstəmaz alıb Gövhərşad məscidində namaz qıldıqdan sonra zərihin yanına qayıdım". Sübhə kimi hərəmdə oldum. Dəstəmaz alıb namaz qıldıqdan sonra həyat yoldaşımla evə qayıtdıq.

Mirzə Əbül Qasimxan (Rübabə xanım və anasının Məşhəd şəhərində məskunlaşdığı evin sahibi) qeyd edir: Mən o gecə evdə yatmışdım. Gecədən 6-7 saat keçmiş qapının döyüldüyünü eşitdim. Qapını açdıqda hərəmin bir neçə xidmətçisini gördüm. Nə baş verdiyini soruşduqda dedilər: "Bu gecə sizin evinizdən hərəmə gələn olub?"

Dedim: "Bəli. Əli-ayağı işləməyən qadını şəfa tapması üçün anası ilə birlikdə hərəmə aparıblar. O, hərəmdə ölüb?" Dedilər: "Xeyr. İmam Rza (ə) ona şəfa verib. Biz bu barədə təhqiqat aparmağa gəlmişik".

Mirzə Əbül Qasimxanın dediyinə əsasən bu əhvalat "Möhri-münir" qəzetində dərc olunub. Doktor Loğman Əlməlik də bunun möcüzə olduğuna şəhadət verib. Onun şəhadətnaməsinin surəti belədir:

Rəcəb ayının 8-də mən, doktor seyyid Mustafaxanla birlikdə Məşhədi Əli Əkbər Nəccarın həyat yoldaşını müayinə etdik. Bir əli və bədəninin yarısı iflic olmuşdu. Bir ay olardı ki, qida qəbul edə bilmirdi. Bir neçə gün müalicədən sonra onun ağzını açmağa müvəffəq olduq. Amma digər bədən üzvləri əvvəlki kimi qalırdı.

İki aydan sonra qohum-ları onun şəfa tapmayacağından məyus oldular. Mən də onun sağalacağına ümid etmirdim. İndi eşidirəm ki, İlahi Təbibin qapısına gedərək şəfa tapıb. Bu, möcüzədən başqa bir şey deyil. Baş verən hadisə bəşərin təbii qüvvəsindən yüksəkdir.

“Allah-təala öz nurunu tamamlayandır. Kafirlərin xoşu gəlməsə də.” (Səff surəsi, ayə 8). 

Tərcümə etdi: Mehman Müctəba 



156 dəfə oxunub

Bu məqaləni necə qiymətləndirirsiniz ?

1 2 3 4 5    5 üzərindən 5   (cəmi 1 səs)
comment Şərhlər (0 )
Namaz Vaxtları
10 - 16 Sentyabr
Gün Sübh Günəş Zöhr Şam Gecəyarı
10 05:53 07:16 13:38 20:16 01:05
11 05:54 07:17 13:37 20:14 01:05
12 05:56 07:18 13:37 20:12 01:05
13 05:57 07:19 13:37 20:11 01:04
14 05:58 07:20 13:36 20:09 01:04
15 05:59 07:21 13:36 20:07 01:04
16 06:00 07:22 13:36 20:06 01:03
Dünəndə Bugün

03 sеntyabr (23 ramazan)

Quranın nazil olması.

Bu gеcə Qurani-Kərim yеr üzünə nazil olub. Başqa bir rəvayətə əsasən isə bu hadisə ramazanın 24-də baş vеrib.

 

 

04 sеntyabr (24 ramazan)

Əbu Ləhəbin ölümü.

Bu gün Əbu Ləhəbin ölüm günüdür. Bir rəvayətə əsasən o, ramazanın 25-də cəhənnəmə vasil olub.

 

 

Ramazan ayının sonu.

1. Ömərin vasitəsi ilə Təravih namazının bidəti.

Hicrətin 14-cü ili bu ayda Ömər nafilə namazını camaatla qılmaq bidətini qoydu. Sonra bir kişini kişilər üçün, bir kişini isə qadınlar üçün namaza imam sеçdi.

 

2. Pеyğəmbərin (s) yağış üçün еtdiyi dua.

Hicrətin 6-cı ili bu ayda Mədinədə quraqlıq baş vеrdi. Pеyğəmbər (s) dua еdərək yağış istədikdə yağış yağdı.