Əsas Səhifə | Hаqqımızdа | Əlaqə | Başlanğıc səhifəsi et | Seçilmişlərə əlavə et

 

                                      

 

  Ətraflı axtarış » Həftəlik Dini İctimai Qəzetin Elektron Versiyası
Yazarlar
image

Əbülfəz Bunyadov

image

Mehman Müctəba

image

İntiqam Rüstamov

image

Əli Nur

image

Mircəfər Əyyubzadə

image

Muhəmməd Baqir

image

Sadiq


Arxiv
Be Ça Ç. Ca C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
27282930



Sorğu: Fikrini bildir

Bir gəncin əxlaqi dəyərlərinin pozulmasında əsas günahkar kimdir?

Valideyn
Müəllim
Dost-tanış
Özü
Cəmiyyət
Hamısı




Faydalı Linklər

www.wilayah.org
www.al-shia.org
www.azeri.makarem.ir
www.sistani.org
www.lankarani.ir
www.vahid-khorasani.ir
www.moftialshia.ir
www.j-fazel.org
www.ocaqnejad.com
www.islammektebi.org
www.sonumid.com
www.isra.az
www.kovser.az
www.islam-azeri.az
www.haqyolu.com
www.ahlibeyt.az
www.hilal.az
www.ramazanayi.org
www.birlik.az
www.muntozor.net
www.ehlibeyt-moize.ucoz.ru

Ramazan ayının 29-cu gününün duası: " İlahi, bu gün məni Öz rəhmətinlə əhatə et. Belə bir gündə işlərimin uyğun olmağını və hər bir azğınlıqdan qorunmağı mənə nəsib et. Mənim qəlbimi şübhəli işlərdən, qaranlıq yollardan və töhmət gətirən əməllərdən pak et, ey mömin bəndələrinə rəhm edən Allah ! "
بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ. يَا عَلِيُّ يَا عَظِيمُ يَا غَفُورُ يَا رَحِيمُ. أَنْتَ الرَّبُّ الْعَظِيمُ الَّذِى لَيْسَ كَمِثْلِهِ شَيْئٌ. وَ هُوَ السَّمِيعُ الْبَصِيرُ. وَ هَذَا شَهْرٌ عَظَّمْتَهُ وَ كَرَّمْتَهُ وَ شَرَّفْتَهُ وَ فَضَّلْتَهُ عَلَى الشُّهُورِ. وَ هُوَالشَّهْرُالَّذِى فَرَضْتَ صِيَامَهُ عَلَىّ. وَ شَهْرُ رَمَضَانَ الَّذِى أَنْزَلْتَ فِيهِ الْقُرْآنَ. هُدًى لِلنَّاسِ و بَيِّنَاتٍ مِنَ الْهُدًى وَالْفُرْقَان. وَ جَعَلْتَ فِيهِ لَيْلَةَ الْقَدْرِ. وَ جَعَلْتَهَا خَيْرًا مِنْ أَلْفِ شَهْرِ. فَيَاذَالْمَنِّ وَلا يُمَنُّ عَلَيْكَ. مُنَّ عَلَىَّ بِفَكَاكِ رَقَبَتِى مِنَ النَّارِ. فِيمَنْ تَمُنُّ عَلَيْهِ وَأَدْخِلْنِى الْجَنَّةَ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

email Dostuna göndər | print Çap versiyası | comment Şərhlər (0 )

Dilmiz.

Mehman Müctəba 01 Yanvar 1970 04:00:00


image

Söz açmaq istədiyim mövzu bir millət olaraq həmişə bu sahədən sağalmaz yaralar aldığımız başı bəlalı doğma və əziz Ana Dilimizdir. XX əsrin sovet hegemonluğu ölkəmizdə hakim olduğu 70 ildə bizlərə elə böyük yaralar vurub ki, illər keçsə də bu, öz təsirini göstərməkdədir. Qanlı represiya dünya səviyyəli dini-dünyəvi sahədə böyük şəxslərimizi, həmçinin şair və ziyalılarımız kimi ana dilimizdə represiyaya uğradı. Bəli bunu demək nə qədər acı olsa da bu, belədir. İş o yerə çatdı ki, artıq rus dilində danışmaq məcburi hala çevrildi. Dövlət qurumlarından tutmuş təhsil ocaqları və s. bu xəstəliyə mübtəla oldu. Həmvətənlərimiz öz ana dillərini unudub özgə dildə fəxrlə danışmağa başladı və rus dilini bilməyənlərə göz ucu ilə baxdılar.

Bir neçə dil öyrənib lazımı yerdə faydalı şəkildə istifadə etməyin heç bir ziyanı və zərəri yoxdur. Amma bu, ana dilini unutmağa və ya ona pis münasibət bəsləmək həddinə çatmamalıdır. Ən azından bu, millətimizə və dövlətimizə xəyanətdir. Müstəqilliyi qan bahasına qazandığımız gündən bəri dilimizin də bu tendesiyadan yavaş-yavaş yaxa qurtaracağı gözlənilirdi.

Çox təəssüflər olsun ki, Avropa öz çirkin ayaqlarını ölkəmizə də basdı. Bundan sonra artıq ingilis, fransız və s. dəbə mindi. Şəhərimizin küçələrində gəzərkən insanı dəhşət burüyən yazılara baxarkən bu şəhərin Qədim Şərqin qapısı olmasından əsər belə görünmür. Əcnəbi dillərdə olan yazıları hər bir sahədə görərkən ürəkdən təəssüf hissi keçirməkdən başqa bir şey qalmır.

Əmin olun ki, bu, nə inkişafın, nə də məmurlarımızın iddia etdiyi kimi Avropaya inteqrasiya deyil, bu, millətimizə əsl xəyanətdir. Bir də ki, nə “Avropa, Avropa” deyib dururlar, həmin bu avropalılar deyillər ki, təmizliyi və gigiyenanı XIX əsrdən bu tərəfə öyrənməyə başlayıblar. Unutmaq lazım deyil ki, dünyaya həqiqi mədəniyyəti və insanlığı biz müsəlmanlar öyrətmişik. Əsas  narahat edici məsələlərdən ən ümdəsi insanların həyatlarının ayrılmaz hissələrindən biri olan televiziya kanallarımızın vəziyyətidir. Onlar hələ də dilimizə ziyan vurmaqda davam edirlər.

Teleradio Şurasının yeni qərarına əsasən 2008-ci ildən artıq əcnəbi dildə filmlərin və verilişlərin yayımlanmasına qadağa qoyuldu. Texniki baxımdan heç də vəziyyətləri kifayət qədər ürək açan  olmayan TV kanallarımız böyük çətinliklərlə üzləşdiyindən çıxış yolunu türk filimlərini yayımlamaqda gördülər. Yenicə rus dilindən canımızı qurtarmağa cəhd göstərirdik ki, indi də türklərin öz ziyalılarının da dəfələrlə etiraf etdikləri kimi pis günə qalmış dillərinin əsirinə çevrildik.

Xatırlamaq yerinə düşər ki, türklərin əlifbasından artıq neçə illərdir dildə ən çox işlədilən "x" (haberler-xəbərlər), "ə" (Ali-Əli),"q" (kara-qara) hərfləri çıxarılmışdır. Bu isə avropalıların türklərin dillərinə vurduqları ən böyük zərbələrdən biridir. TV-lərmizin yayımladığı serialların sayı fantastik dərəcədə efirlərimizi işğal etməkdədir. Artıq bundan sonra uşaqlarınız siz valideynlərə məsələn "Səni çox sevirəm, anacan" əvəzinə "Seni çok seviyorum, annecim" və ya "təəssüf" yerinə "malesef", "yaxşı" əvəzinə "iyi" desə, təəccüblənməyin. Çünki, gələcəyimiz olan uşaqlarımız uzun bağırsağa çevrilmiş səviyyəsiz məhəbbət macəralarından bəhs edən serialları izləməkdə və beyinlərini korlamaqdadırlar. Buna son qoymaq lazımdır. Tez bir zamanda bu sahənin baş bilənləri çalışıb çıxış yolu tapmalıdırlar.

Görəsən başı bəlalı doğma ana dilimiz nə vaxt özünə layiqli olan  münasibəti və qiyməti alacaq. Unutmayaq ki, bu dilin tarixi çox ulu və şanlıdır. Dünya şöhrətli klassiklərimizdən Füzuli, Şah İsmail, Natəvan, Qövsi Təbrizi  və s. bu torpağın yetişdirmələridir. Onların dilimizə verdikləri böyük töhvələr misilsizdir. Dahilərimizin ədəbiyyatımıza bəxş edikləri incilərini gələcək nəsillərin qavraması üçün dilimizi qorumağımız zəruridir. Əks halda ədəbi janrımızda qəzəllərin oxunuşunda dəqiqlik yaradan vurğu işarəsinin götürülməsi qədər şerimizin əsas onurğa sütunu olan əruz vəznini itirməkdəyik. Bu, yalnız bir vurğu işarəsidir ki, ədəbiyyatda əsl uçurum yaradıb. Belə olan halda hərf və sözlərimizi itirməyimizin necə nəticələnəcəyi təsəvvür olunmazdır. 

P.S. Maraqlı bir faktı qeyd etmək istəyirəm. 2007-ci  ilin sonunda İran İslam Respubliksasına etdiyimiz səfər zamanı müqəddəs Qum şəhərinin "Şeyx Mufid" adına Universitetində olarkən tələbələrlə görüş zamanı söhbətimiz dil barədə düşdükdə əslən cənubi Azərbaycanın Parsabad şəhərindən olan Əhməd Nur adlı həmvətənimiz maraqlı bir faktı qeyd etdi. Ötən ilin əvvəllərində Avropa saytlarının birində dillə bağlı statistik məlumatlar yayımlanıb. Qurur verici hal bundan ibarətdir ki, Azəri dili gözəl və şirinliyinə görə dünya dilləri arasında ilk üçlükdə qərarlaşıb.

Dilimizə sahib çıxmaq ümidi ilə... 

100 dəfə oxunub

Bu məqaləni necə qiymətləndirirsiniz ?

1 2 3 4 5    5 üzərindən 5   (cəmi 1 səs)
comment Şərhlər (0 )
Namaz Vaxtları
10 - 16 Sentyabr
Gün Sübh Günəş Zöhr Şam Gecəyarı
10 05:53 07:16 13:38 20:16 01:05
11 05:54 07:17 13:37 20:14 01:05
12 05:56 07:18 13:37 20:12 01:05
13 05:57 07:19 13:37 20:11 01:04
14 05:58 07:20 13:36 20:09 01:04
15 05:59 07:21 13:36 20:07 01:04
16 06:00 07:22 13:36 20:06 01:03
Dünəndə Bugün

03 sеntyabr (23 ramazan)

Quranın nazil olması.

Bu gеcə Qurani-Kərim yеr üzünə nazil olub. Başqa bir rəvayətə əsasən isə bu hadisə ramazanın 24-də baş vеrib.

 

 

04 sеntyabr (24 ramazan)

Əbu Ləhəbin ölümü.

Bu gün Əbu Ləhəbin ölüm günüdür. Bir rəvayətə əsasən o, ramazanın 25-də cəhənnəmə vasil olub.

 

 

Ramazan ayının sonu.

1. Ömərin vasitəsi ilə Təravih namazının bidəti.

Hicrətin 14-cü ili bu ayda Ömər nafilə namazını camaatla qılmaq bidətini qoydu. Sonra bir kişini kişilər üçün, bir kişini isə qadınlar üçün namaza imam sеçdi.

 

2. Pеyğəmbərin (s) yağış üçün еtdiyi dua.

Hicrətin 6-cı ili bu ayda Mədinədə quraqlıq baş vеrdi. Pеyğəmbər (s) dua еdərək yağış istədikdə yağış yağdı.