Əsas Səhifə | Hаqqımızdа | Əlaqə | Başlanğıc səhifəsi et | Seçilmişlərə əlavə et
  Ətraflı axtarış » Həftəlik Dini İctimai Qəzetin Elektron Versiyası
Yazarlar
image

Əbülfəz Bunyadov

image

Mehman Müctəba

image

İntiqam Rüstamov

image

Əli Nur

image

Mircəfər Əyyubzadə

image

Muhəmməd Baqir

image

Sadiq


Arxiv
Be Ça Ç. Ca C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
27282930



Sorğu: Fikrini bildir

Bir gəncin əxlaqi dəyərlərinin pozulmasında əsas günahkar kimdir?

Valideyn
Müəllim
Dost-tanış
Özü
Cəmiyyət
Hamısı




Faydalı Linklər

www.wilayah.org
www.al-shia.org
www.azeri.makarem.ir
www.sistani.org
www.lankarani.ir
www.vahid-khorasani.ir
www.moftialshia.ir
www.j-fazel.org
www.ocaqnejad.com
www.islammektebi.org
www.sonumid.com
www.isra.az
www.kovser.az
www.islam-azeri.az
www.haqyolu.com
www.ahlibeyt.az
www.hilal.az
www.ramazanayi.org
www.birlik.az
www.muntozor.net
www.ehlibeyt-moize.ucoz.ru

Ramazan ayının 28-ci gününün duası: " İlahi, bu gün məni öz vəzifəmdən artıq müstəhəb əməlləri yerinə yetirməyə müvəffəq et və bütün vəzifə və məsuliyyətlərimi hazırlayıb əməl etməyi kəramət et. Bu gün Sənə yaxın edən vasitələrin daha yaxın olanını mənə yaxınlaşdır, ey istəyi olanların israrı və çox təmənna etmələrinin qafil etmədiyi Allah ! "
Əziz oxucularımızın nəzərinə çatdırırıq ki, bu həftə "İslam Həqiqətləri" qəzeti bir gün tez işıq üzü görərək ayın 9-da satışda olacaq.

email Dostuna göndər | print Çap versiyası | comment Şərhlər (0 )

Narkomaniya aludəçiliyi: maraqlar və nəticələr.

Əbülfəz Bunyadov 06 Fevral 2010 21:55:00


image

Maraqlı tendensiyadır. Mətbuatda bu barədə yazıları hər gün oxuyuruq, telekanallar durmadan həbs və qaçaqmalçılığın mübarizəsini göstərir. Amma narkomaniya durmadan artmaqdadır. Ölkənin elə bir bucağı tapmaq olmaz ki, orada narkomana rast gəlinməsin. Daha maraqlısı ondadır ki, bu qədər narkotik maddələrin həbsi və ya kütləvi məhv olunduğu çox kiçik bir ölkədə, sərhədləri belə kəskin nəzarət altında olan Azərbaycanda narkotik aludəçiləri durmadan artır. Statistika həmişəki kimi sadəcə Azərbaycanın bir rayonundakı narkotik aludəçilərinin sayını əhatə etmir. Çünki bizim rəsmilərin bir növ adətinə çevrilib hər şeyi yaxşı göstərmək. Bəlkə də başqa səbəblər də mövcuddur. Axı narkotik dövriyyə geniş əhatə alması başqa bir həqiqəti də ortaya qoyur.

Bu mövzunu seçməkdə ictimailik dərəcəsini nəzərə alıb ölkəmizdə bu sahənin inkişaf tentensiyası, ona qarşı mübarizə taktikasına bir daha nəzər salmaq istədik. Azərbaycanda norkomaniya ilə mübarizə hansı vəziyyətdədir? Ümumən Azərbaycanda narkotik aludəçiləri nə qədərdir? Statistik məlumata görə 2009-cu ilin birinci rübünə olan məlumata əsasən ölkədə 21 min narkoman var ki, bunlar heroin, həşiş, və kakain aludəçiləridirlər. Qeyri rəsmi rəqəmlər ən azı bu rəqəmin on dəfə çox, yəni 200 mindən artıq olduğunu söyləsə də məntiq hətta qeyri-rəsmi rəqəmlərdən də artıq Azərbaycanda narkotik aludəçilərinin olduğunu sübut edir. Bu rəqəmlərin 40%-ni tələbələr, ali təhsil alan gənclər təşkil edir. Maraqlısı ondadır ki, bu qeyd olunanları bir illik yekunlarla yanaşı qoyulanda qəribə bir fakt yaranır. 2008-ci ildə narkomaniya ilə bağlı 2500 dən artıq cinayət işi qeydə alınıb ki, bunladan 900- narkotik maddələrin satışı, 1400-dən artığı saxlanılması, 90-dan artığı isə becərilməsi ilə bağlıdır. Kiçik bir dövlətin üçdə biri dövlət orqanlarına qeyri-rəsmi işçi olan Aəzrbaycanda yüzdən bir narkotika aludəçinin həbs olunduğunu göstərən bu illik rəqəmlər sankı narkotika aludəçinin adi depudatdan heç bir şeylə fərqlənmədiyi qənaətini yaradır. İlk görkəmi ən sadə insanda narkotik aludəçini tanımaq imkanı verdiyi dövlətimizdə hüquq-mühafizə orqanları üçün görünür bu göstərici hələ yetərli sayılmır.

Narkotika aludəçilləri, çirkin işlərin satışı ilə məşğul olanlar demək olar ki, Azərbaycanın hər bir güşəsində, kənd və şəhərində, hətta kiçik qəsəbəsində belə mövcuddur. Belələrini tanımaq üçün xüsusi dindirmə mexanizminə ehtiyac da yoxdur, ilkin göstərici elə onların özüdür. Geyimlərindən duruşuna, hətta yol getmələrinə qədər aludəçiləri öz kimlikləri haqqında məlumat yayırlar. Belə şəxsləri Azərbaycanın istənilən güşəsində görmək olar. Təbii ki, bizim bu baxışı kənar seyrimizlə bu ərazinin hüquq mühafizə orqanlarının tanıması da fərq edən amillərdəndir. Əgər biz ilk baxışdan bu şəxslər haqqında diaqnoz qoya biliriksə yəqin ki, ərazini nəzarətdə saxlayan polisi öz ərazisinə aid (aid ona görə deyirik ki, bu hələ biznesçisi olan şəxs deyil) narkomanı daha yaxşı tanıyır. Narkoman uzaqdan kimliyini tanıdarkən adamda belə bir sual yaranır ki, görəsən onu niyə həbs etmirlər? Axı belələri cəmiyyət üçün pis təsir, ictimai xarakterli xəstə və ən əsası qadağan olunmuş işlərlə məşğul olan şəxsdir. Görəsən həbsi sadə bir polisin heç bir əziyyət çəkmədən gerçəkləşdirməyi bacaracağı addımı qadağan edən nədir? Bu sualla da bir az dərinə varmalı olduq.

Narkomaniya dünyada özü ilə heç bir rəqabət aparılmayacaq dərəcədə gəlir götürən böyük biznes vasitəsidir. Çox cüzi miqdarının gətirdiyi böyük pulların başqa gəlir vasitələrindən fərqi ondadır ki, onun aludəçiləri gün ərzində bir dəfə qida qəbul etdikləri halda bir neçə dəfə narkotik maddə qəbul etməsələr yaşaya bilmirlər. Bunun üçün də bu kiçik maddə, öz aludəçilərini özünə elə bağlayır ki, onlar hansı vasitə ilə olursa olsun mütləq narkotikanı əldə etməlidirlər. Bunun üçün soyğunçulun, oğurluq, hətta adam öldürmək belə narkomanı qorxuzmur. Çünkü o keyf vəziyyətində olduğundan öz əməllərinə cavabdehlik daşımır. O kimi isə hədələyərkən marağında yalnız tez bir zaman əldə edəcəyi narkotikadan başqa bir şey olmadığı üçün bunu üçün hər bir addımı atmağa hazırdır. Belə aludəçilik qəti mütilik yaradır ki, bu da narkotikanı böyük gəlir mərkəzinə çevirir. Təbii ki, belə olan halda narkotika aludəçisi bu vasitəni əldə etmək məcburiyyətindədir. Bunun üçün onun Kolumbiya və ya Kombiçiyaya getmə imkanı da yoxdur. Bu baxımdan bu istəklər daxili imkanlar hesabına gerçəkləşməsi məcburiyyətini ortaya qoyur. Elə problemin başlanğıcı da buradan meydana gəlir.

Bu yazını hazırlayarkən uzun bir təhlil apararaq narkotik istifadəçiləri haqqında əyani şahidi olduğum şeyləri burada qeyd etmək istərdim. Narkotika şüura təsir göstərən maddədir ki, buna görə də insanda aludəçilik yaradır. Lakin bu aludəçilik heç də həll olmayan problem deyil. Çox zaman məcburi həbsə məruz qalan aludəçilər ilk həbsxana həyatında narkotik maddələr üçün lazım olan məbləği əldə edə bilmədikləri (Bu elə bir fikir yaratmasın ki, həbsxanada narkotik maddə əldə etmək olmur. Həttta xəbsxana işçiləri bu istiqamətdə elə fəallıq nümayiş etdirir ki, heç bir narkoman bu maddənin axtarışında kənar ünvana müraciət etməsin) üçün həbsdə olduqları müddətdə narkotikanı tərgizirlər. Əlbəttə, insan özünə gələcək hər hansı bir iş üçün ümid verərək dözüm nümayiş etdirə bilər, lakin bu bir həqiqətdir ki, bir neçə il aludəçi insan narkotikadan kənar qala bilirsə və ya bunu əldə edə bilməməzliyi onun şüurunda narkotikadan uzaq qalma siqnalı ilə onu susdurursa demək cəmiyyətə döndüyü zamanda da mövcud şərait yaranarsa bu onun yenidən narkotik düşgünü olma ehtimalını sıfıra bərabər edər. Şüura görə düşgün olan şüura görə də bundan çəkinə bilər. Hər bir insan boşluğundan ona bu boşluğu dolduracaq rahat ünvanın sadə yoluna tərəf üz tutmaq kimi istəklərini narkomanlar yenidən narkotikaya tərəf istiqamət almları ilə nəticələnir.

Burada başqa bir sual yaranır? Görəsən cəmiyyətdə satışı əngəlləmək mümkün deyilmi? İlk baxışdan bir mənalı olaraq xeyr. Qeyd etdiyimiz kimi bu çirkli pulların ən böyük faizini təşkil edən ticarət növü olduğundan narkotikaya çox da maraqlı olan qüvvələr mövcuddur. Onların dövlətimizdə dövrüyyəyə buraxdıqları narkotika maddələrinin gətirdiyi gəliri Azərbaycanın illik gəlirlərinə bərabərliyi heç kəsə gizlin deyil. Buna görə də narkotika biznesi mövcud vəziyyət üçün qarşısı alınmazdır.

Bir az sadə məntiqlə hadisəyə yanaşaq. Hər kəs yaşadığı ərazinin narkotik aludəçilərin, onları bu maddələrlə təmin edən alverçilərini çox gözəl tanıyır. Hətta içimizdə elələri var ki, başqa şəhər və kəndlərdə bu bizneslə məşğul olan şəxslərin kimliyindən belə xəbərdardır. Sizcə bu hüquq mühafizə orqanlarının nəzərindən kənardır? Şübhəsiz ki, yox! Xəbərsiz olması da onu göstərər ki, polisin fəaliyyəti heç bir şey kəsb etmir. Axı polis ictimayyətin bilmədiyi hadisədən xəbərdar olmalıdır, o ki, qalmışdı hər kəsin bildiyindən! Bəs niyə görə həm sağlam gələcək, həm də müstəqil dövlətin əminamanlıq dəyərlərini qoruyan bu faktın qarşısı birdəfəlik alınmır?

Bu bir neçə istiqamətli haldır. İlk növbədə bu işin arxasında duran qüvvələrin kimliyi əsas şərtdir. Hər kəs anlayır ki, ölkəyə narkotikanın gətirilməsi sadə insanların işi deyil. Bu işə rəvac verənlər sadəcə efir xatirinə bu işə razılaşırlar ki, o şəxslərin həbsi ilə itimayyəti inandırsanlar ki, güya narkomaniya ilə mübarizə aparılır. İkinci narkotika elə bir maddədir ki, ictimayyətin idarə olunması, onun daxili parçalanması, təhlükə və qarşıdurmanın baş qaldırmasına səbəb olur. Bu isə mövcud şəraitdə etarazın qarşısında ən sadə və iti səddir. Demək aludəçi nəinki özünü, hətta yaşadığı ərazinin insanlarını düşüncə istiqamətdə məhdud hala gətirir. Belə olan halda ictimai şüur özü-özündə daxili çəkişmə ilə mövcud vəziyyətlə barışmalı olur.

Narkotika aludəçiləri artır. Ölkənin 90% gizli cinayətlərinin üstü açılan Azərbaycanımızda. Nə aydınlaşa bilmir ki, bu cinayət vasitələri kimlərin əli ilə gətirilir, nə də primitiv vasitə olan kiçik narko baronların izlənilməsi ilə mövcud ağ ölüm sağalmaz bəlaya çevrilərək qalır. Bu bəla hər il yüz-yüz ailənin dağılmasına səbəb olur, neçə-neçə şikəst doğulan uşaqların anormal doğuşu üçün zəmin yaradır, soyğunçuluq, oğurluq faktları, qətillərə rəvac verərək aludəçiləri özlərindən asılı olmayan əməllərə sürükləyir. Sağlam gələcək haqqında danışılan söhbətlərə hər gün daha çox ziyan vuran narkotika qorxunc kabus olaraq hər üç evdən birində kök salmışdır.

P.S: tanıdığım bir şəxslə bir gün bu mövzuda söhbət edirdik. O yaşadığı ərazinin polis rəisi ilə bir gün ikilikdə olan söhbətini mənə danışdı. Dedi ki, bizim rayonun polis rəisinə dedim ki, niyə görə bizim qəsəbədə bu qədər narkotika aludəçilərini, satışı ilə məşğul olan şəxsləri həbs etmirsiniz? Axı onların kimliyini siz də yaxşı bilirsiniz. O mənə belə cavab verdi: «Tanımağına tanıyıram, amma bu mənim gücümün xaricindədir. Hər həftə yalnız sizin qəsəbədə yarım kiloqram narkotik maddə satılması nəzərdə tutulub. Bu çox yüksək rütbəlilərin biznesidir. Mənim qarışmağım qarışqa kimi əzilməyimlə nəticələnər. Təkcə sizin qəsəbə deyil, əhali sayına görə rayonumuzda bu bölgü hər qəsəbə üçün nəzərdə tutulub. Biz burada çox acizik»



200 dəfə oxunub

Bu məqaləni necə qiymətləndirirsiniz ?

1 2 3 4 5    5 üzərindən 5   (cəmi 2 səs)
comment Şərhlər (0 )
Namaz Vaxtları
03 - 09 Sentyabr
Gün Sübh Günəş Zöhr Şam Gecəyarı
03 05:45 07:09 13:40 20:27 01:07
04 05:46 07:10 13:40 20:26 01:07
05 05:47 07:11 13:39 20:24 01:06
06 05:49 07:12 13:39 20:23 01:06
07 05:50 07:13 13:39 20:21 01:06
08 05:51 07:14 13:38 20:19 01:06
09 05:52 07:15 13:38 20:18 01:05
Dünəndə Bugün

03 sеntyabr (23 ramazan)

Quranın nazil olması.

Bu gеcə Qurani-Kərim yеr üzünə nazil olub. Başqa bir rəvayətə əsasən isə bu hadisə ramazanın 24-də baş vеrib.

 

 

04 sеntyabr (24 ramazan)

Əbu Ləhəbin ölümü.

Bu gün Əbu Ləhəbin ölüm günüdür. Bir rəvayətə əsasən o, ramazanın 25-də cəhənnəmə vasil olub.

 

 

Ramazan ayının sonu.

1. Ömərin vasitəsi ilə Təravih namazının bidəti.

Hicrətin 14-cü ili bu ayda Ömər nafilə namazını camaatla qılmaq bidətini qoydu. Sonra bir kişini kişilər üçün, bir kişini isə qadınlar üçün namaza imam sеçdi.

 

2. Pеyğəmbərin (s) yağış üçün еtdiyi dua.

Hicrətin 6-cı ili bu ayda Mədinədə quraqlıq baş vеrdi. Pеyğəmbər (s) dua еdərək yağış istədikdə yağış yağdı.