Əsas Səhifə | Hаqqımızdа | Əlaqə | Başlanğıc səhifəsi et | Seçilmişlərə əlavə et
  Ətraflı axtarış » Həftəlik Dini İctimai Qəzetin Elektron Versiyası
Yazarlar
image

Əbülfəz Bunyadov

image

Mehman Müctəba

image

İntiqam Rüstamov

image

Əli Nur

image

Mircəfər Əyyubzadə

image

Muhəmməd Baqir

image

Sadiq


Arxiv
Be Ça Ç. Ca C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
27282930



Sorğu: Fikrini bildir

Bir gəncin əxlaqi dəyərlərinin pozulmasında əsas günahkar kimdir?

Valideyn
Müəllim
Dost-tanış
Özü
Cəmiyyət
Hamısı




Faydalı Linklər

www.wilayah.org
www.al-shia.org
www.azeri.makarem.ir
www.sistani.org
www.lankarani.ir
www.vahid-khorasani.ir
www.moftialshia.ir
www.j-fazel.org
www.ocaqnejad.com
www.islammektebi.org
www.sonumid.com
www.isra.az
www.kovser.az
www.islam-azeri.az
www.haqyolu.com
www.ahlibeyt.az
www.hilal.az
www.ramazanayi.org
www.birlik.az
www.muntozor.net
www.ehlibeyt-moize.ucoz.ru

Ramazan ayının 28-ci gününün duası: " İlahi, bu gün məni öz vəzifəmdən artıq müstəhəb əməlləri yerinə yetirməyə müvəffəq et və bütün vəzifə və məsuliyyətlərimi hazırlayıb əməl etməyi kəramət et. Bu gün Sənə yaxın edən vasitələrin daha yaxın olanını mənə yaxınlaşdır, ey istəyi olanların israrı və çox təmənna etmələrinin qafil etmədiyi Allah ! "
Əziz oxucularımızın nəzərinə çatdırırıq ki, bu həftə "İslam Həqiqətləri" qəzeti bir gün tez işıq üzü görərək ayın 9-da satışda olacaq.

email Dostuna göndər | print Çap versiyası | comment Şərhlər (0 )

Heç vaxt çürüməyən cəsədlər (3)

Mehman Müctəba 06 Fevral 2010 22:17:00


image

 Heç vaxt çürüməyən cəsədlər silsiləsindən…

 Şeyx Sədra Badkubeyi

Şeyx Sədra Badkubeyi o vaxtki Nəcəfül-əşrəfin elmi hövzəsinin ən böyük fəqih və fəlsəfəçilərindən biri idi. Əslən Azərbaycanın Bakı şəhərindən olan Şeyx Sədra elə bu səbəbə görə Badkubeyi kimi bütün Islam dünyasında məşhurlaşmışdı. Bütün ömrünü Nəcəfül-əşrəfin elmi hövzəsində dərs və tədrislə keçirən bu böyük şəxsiyyət bir çox böyük ustadlar tərbiyə edərək əvəzsiz xidmətləri olmuşdur. Şeyx sədra hicri tarixi ilə 1392-ci il şəban ayının 11-də Nəcəf şəhərində dünyadan köçdü. Onu «Vadis-səlam» qəbrsanlığının Badkubeyilərə (Bakılılara) məxsus məqbərədə torpağa tapşırdılar. Dəfndən bir neçə il sonra onun cənazəsini həmin məqbərədən çıxarıb digər bir məkana köçürmək qərarına gəldilər. (Qəbrin köçürülmə səbəbi kimi kimlərinsə onun burada dəfn olunmasına etiraz etmələri göstərilir). Qəbri açanda Şeyx Sədranın cənazəsinin heç bir dəyişikliyə məruz qalmadığı müşahidə olunmuşdu. Onun pak vücudunu yeni qəbrə köçürüb dəfn etdilər. Nəql edirlər ki, Şeyx Sədra ömrünün sonuna kimi davamlı olaraq «Aşura ziyarətnaməsi»ni oxuyarmış. Bu iş onun cənazəsinin çürüməməsinə səbəb ola bilər. Bu əhvalatı Nəcəfül-əşrəfin böyük alimlərindən biri Hüccətül-islam Əli Əkbər Məhdipur üçün nəql edib.

Fazil Lənkərani

Fazil Lənkərani (yaxın zamanlarda dünyadan köçən mərcə təqlidlərindən olan Fazil Lənkəranin atasıdır) hicri tarixi ilə 1314-cü ildə Azərbaycanın Lənkəran şəhərində dünyaya göz açıb. Həddi-buluğa çatdıqda dini təhsil almaq məqsədi ilə Ərdəbil şəhərinə yollanır. Dörd ilə yaxın orada qaldıqdan sonra Zəncan şəhərinə gedib üç il orada qalmışdır. Daha sonra Məşhəd şəhərinə köçərək üç il də orada yaşamışdır. Nəhayət 1342-ci ildə elmin mərkəzi olan Quma gəlmiş, Şeyx Əbdül Kərim Hairinin təsis etdiyi elm hövzəsində dərs almağa başlamışdır. Sonralar Ayətullah Brucerdinin yaxın dostlarından birinə çevrilmişdir.

Fazil Lənkərani tələbələrin müşküllərini həll etməkdə çox fəallıq göstərirdi. Burada maraqlı bir faktı qeyd etmək yerinə düşər ki, Fazil Lənkəraninin Ayətullah Brucerdiyə olan möhkəm ruhi bağlılığı o həddə idi ki, hər ikisi eyni gündə, ayrı-ayrı illərdə dünyadan köçmüşlər. Belə ki, Ayətullah Brucerdi həftənin 4-cü günü, fərvərdin ayının 10-u 1340-cı şəmsi tarixində, Lənkərani isə həmin tarixdə, lakin 1351-ci ildə dünyadan köçmüşdür. Qəbri Qum şəhərində, xanım Məsumənin (ə) hərəminin yaxınlığındakı «Şeyxan» qəbrstanlığındadır.

Fazil Lənkəraninin dünyadan köçməsindən 80 il sonra Əbulfəzl Kərbəlayipur Yəzdi adlı bir cavan şəmsi tarixi ilə 1359-cu il, fərvərdin ayının 8-də Əfqanıstan cəbhəsində şəhid oldu. Onun cənazəsini Quma gətirib «Şeyxan» qəbrstanlığında dəfn etmək istədikdə qəbrin baş tərəfindən torpaq sürüşməsi nəticəsində yarıq açıldı və iki çürüməmiş ayaq göründü. Bu qəbr Fazil Lənkəraniyə məxsus idi.

Bu mətləbi ilk olaraq Ayətullah Şəbiri Hüccətül-islam Əli Əkbər Məhdipur üçün nəql edib. Daha sonra həmin şəhidin ailəsi və dəfndə iştirak edənlər Fazil Lənkəraninin cəsədinin çürümədiyini gördüklərini təkidlə qeyd etmişlər. Fazil Lənkəranini yaxından tanıyanlar bildirirlər ki, bu səadətin ona nəsib olmasına səbəb onun xalqa olan xidmətidir.

Fazil Dərbəndi

Fazil Dərbəndi kimi məşhurlaşan Axund Ağa ibn Abid ibn Rəməzan ibn Zahid Şirvani şiə alimlərinin böyük fəqihlərindən biridir. Bu böyük alim şeyx Mürtəza Ənsarinin müasiri olmuş və məşhur alim Mazandaraninin şagirdlərindəndir. Fazil Dərbəndi fəsahət və bəlağətdə çox əzəmətli ustadlardan biri idi. Digər elmi sahələrdə də yüksək savada sahib olan Fazil Dərbəndi xüsusilə «Rical» elmində öndə gedənlərdən idi.

İmam Hüseynin (ə) əza məclislərini təşkil etməkdə çox can-fəşanlıq göstərərək daim mənbərdə Kərbəla faciəsindən söz açıb həqiqətləri cəmiyyətə çatdırarkən göz yaşlarını saxlaya bilməyib mənbərdən düşər, ağlaya-ağlaya yerdən torpaq götürüb başına tökərmiş.

Fazil Dərbəndi özündən sonra bir çox əsərlər yadigar qoymuşdur. Bu əsərlərin ən məşhuru Məqtəl janrında yazdığı «Əsraruş-şəhadət» əsəridir.

Fazil Dərbəndi hicri tarixi ilə 1285-ci ildə İranın Tehran şəhərində dünyadan köçüb. Onu Tehranda əmanət olaraq dəfn etmişdilər. Şeyx Ağa Bozorg Tehrani yazır: «Fazil Dərbəndinin vəfatından 6 ay sonra onun cəsədini Kərbəlaya aparmaq məqsədi ilə qəbrini açdılar. Onun cəsədi dəfn olduğu vəziyyətdə, heç bir dəyişikliyə məruz qalmadan qəbrdə qalırdı. Onu Kərbəlada ziyarətgahın kiçik həyətində digər məşhur alimlərin yanında dəfn etdilər».

Tehranda yaşayan Əllamə Seyyid Hüseyn Qumi nəql edir: «Azərbaycandan gəlmiş bir qrup zəvvar Fazil Dərbəndinin cəsədini Kərbəlaya aparmaq üçün onun qəbrini açdıqda çürüməmiş cəsədilə qarşılaşdılar. Onlar gördüklərini eynilə mənim üçün danışdılar».

Fazil Dərbəndi ilə bağlı bir məşhur rəvayəti qeyd etmək yerinə düşər. Fazil Dərbəndi 10 gün ardıcıl olaraq Təbriz şəhərinin came məscidində (bu məscid Ya Əli məscidi kimi məşhurdur) mənbərə çıxaraq moizə edər və minlərlə insan onun söhbətlərinə qulaq asarmış. 9-cu gün mənbərdə olarkən o, buyurur: Mən istəyirəm ki, sabah həzrət Əbülfəzl Əbbas (ə) barədə rövzə oxuyum. Hər kimin müalicəsi çətin olan xəstəsi varsa onu sabah bura gətirib o Həzrətin (ə) vasitəsilə Allahdan şəfa istəsin. Səhərisi gün müalicəsi çətin olan 27 nəfəri gətirib (Bunlardan bəzilərinə həkimlər rədd cavabı verərək sağalmayacaqlarını bildirmişdilər) məscidin bir tərəfində əyləşdirirlər.

Mərhum Fazil Dərbəndi mənbərə çıxmamışdan öncə xəstələrin hər biri ilə tək-tək görüşüb onlara deyir: Bir neçə dəqiqə səbr edin, İnşaallah hamınız öz ayaqlarınızla evinizə qayıdacaqsınız. Daha sonra mənbərə qalxaraq Kərbəla sərdarı barədə çox maraqlı söhbət edir. Onun fəzilətlərindən danışarkən həzrət Əbulfəzl Əbbasa (ə) xitab edərək buyurur: «Mən sizin kərəm və fəzlinizə etimad edərək bu camaata söz vermişəm. Əgər bunlara inayət etməsəniz nökərinizin abırı xətərə düşər. Sizin kərəminizdən uzaqdır ki, öz dərgahınızın nökərini bütün bu camaatın yanında xar və etibarsız edəsiniz». Daha sonra həzrət Əbbas (ə) barədə çox təsiredici rövzə oxumağa başlayır. Məsciddə olan bütün xəstələr həzrət Əbbasın (ə) vasitəsilə Allah-təala tərəfindən şəfa tapırlar.

Şeyx Əbdullah Şüştəri

İzzuddin Əbdullah ibn Hüseyn Şuştəri Müqəddəs Ərdəbilinin şagirdlərindən idi. Uzun illər Nəcəf şəhərində qalaraq Müqəddəs Ərdəbilinin məhzərində ictihad dərəcəsinə çatmışdır. İrana qayıtdıqdan sonra İsfəhan şəhərinə gedərək orada yaşamışdır. Şeyx Əbdullah Şüştəri bir çox seçilmiş tələbələr tərbiyə etmişdir. Həmçinin özündən sonra böyük əsərlər qoyub getmişdir. Onlardan «Qəvaidu əllamə» və «Camiul-məqasid» adlı əsərləri çox məşhurdur.

Şagirdlərindən olan Mir Mustafa Təfrişi ustadı barədə belə yazır: «Onun kimi etimad olunacaq birini heç vaxt görmədim. Üstünlükləri saymaqla bitməz. Bütün gecələri ibadətlə, gündüzləri isə oruc tutmaqla keçirərdi».

Hicri tarixi ilə 1070-ci ildə vəfat etmiş Muhəmməd Təqi Məclisi onun barəsində belə yazır: «Şeyx Əbdullah Şüştəri bizim ustadımız və öz əsrində imamiyyə tayfasının şeyxi idi. Əllamə, muhəqqiq, mudəqqiq, zahid, abid və pərhizkar idi. Əxbar, rical və üsul barədə ən üstün səviyyədə imkan daxilində təhqiqat aparmışdı. Yazdığı böyük əsərlər onun elmi məqamının üstünlüyünün sübutudur. O, mənim və bütün möminlər üçün mehriban ata idi. Vəfat günü sanki Aşura idi. Yüz minə yaxın insan onun məyyit namazında iştirak etdi. Onun müqəddəs vücudunu Isfahanda, imamzadə İsmayilin (İmam Həsənin (ə) oğlu Zeydin oğludur) məqbərəsində dəfn etdilər. Bir il sonra cənazəsini Kərbəlaya aparmaq üçün qəbrini açdılar. Bədəni çürüməmiş və əvvəlki vəziyyətində qalırdı».

Şeyx Əbdullah Şüştərinin vəfat günü bütün İsfəhan əhli əzadar olub matəm saxlayırdılar. Əyan və əşrəf səy edirdilər ki, əllərini tabuta çatdırıb ona toxunaraq təbərrük götürsünlər. Amma çoxlu insan izdihamı buna imkan vermirdi. Onun cənazəsini came məscidinə apardılar. Bir çox alimlər öz əsərlərində qeyd etmişlər ki,  Şeyx Əbdullah Şüştərinin cəsədi dəfn olunduqdan bir il sonra çürüməmiş vəziyyətdə qəbrdən çıxarıldı.

Mərhum Məclisi qeyd edir ki, İsfahanda fiqh və hədis nəşr etmək bu böyük şəxsiyyətin bərəkətilə olub. O, isfahana gəlməmişdən öncə tələbələrin sayı cəmi 50 nəfərə çatırdı. Amma o, gəldikdən sonra cazibəsi o qədər çox idi ki, 14 il ərzində tələbələrin sayı 1000 nəfəri keçdi.



103 dəfə oxunub

Bu məqaləni necə qiymətləndirirsiniz ?

1 2 3 4 5    5 üzərindən 5   (cəmi 2 səs)
comment Şərhlər (0 )
Namaz Vaxtları
03 - 09 Sentyabr
Gün Sübh Günəş Zöhr Şam Gecəyarı
03 05:45 07:09 13:40 20:27 01:07
04 05:46 07:10 13:40 20:26 01:07
05 05:47 07:11 13:39 20:24 01:06
06 05:49 07:12 13:39 20:23 01:06
07 05:50 07:13 13:39 20:21 01:06
08 05:51 07:14 13:38 20:19 01:06
09 05:52 07:15 13:38 20:18 01:05
Dünəndə Bugün

03 sеntyabr (23 ramazan)

Quranın nazil olması.

Bu gеcə Qurani-Kərim yеr üzünə nazil olub. Başqa bir rəvayətə əsasən isə bu hadisə ramazanın 24-də baş vеrib.

 

 

04 sеntyabr (24 ramazan)

Əbu Ləhəbin ölümü.

Bu gün Əbu Ləhəbin ölüm günüdür. Bir rəvayətə əsasən o, ramazanın 25-də cəhənnəmə vasil olub.

 

 

Ramazan ayının sonu.

1. Ömərin vasitəsi ilə Təravih namazının bidəti.

Hicrətin 14-cü ili bu ayda Ömər nafilə namazını camaatla qılmaq bidətini qoydu. Sonra bir kişini kişilər üçün, bir kişini isə qadınlar üçün namaza imam sеçdi.

 

2. Pеyğəmbərin (s) yağış üçün еtdiyi dua.

Hicrətin 6-cı ili bu ayda Mədinədə quraqlıq baş vеrdi. Pеyğəmbər (s) dua еdərək yağış istədikdə yağış yağdı.