Müsahibimiz «Nur» ilahi nəğbələr qrupunun bədii rəhbəri Məşhəd Rahim Dərvişdir.
Hər ilin başlanğıcında biz sizə Azərbaycanın İslam dünyasındakı incəsənət nümayəndələrinin fəaliyyəti ilə yaxından tanış edirik. Bu ilin ilk qrupu, qəzetimizin ilahi nəğmələr qrupları içində ilk müsahibi olmuş «Nur» ilahi nəğmələr qrupudur.
- Məşhədi Rahim, 2009-cu ilə qısa bir nəzər salaq. Ötən il «Nur» qrupu üçün hansı əlamətdər hadisələrlə yadda qaldı?
- Allahın adı ilə. Düzü bütün ili tam xatırlaya bilməsəm də çalışaram ki, xatırladığım tarixi bölüşək. Ötən il, «Eşq əhlinə» adlı üçüncü albomumuz işıq üzü gördü. Bununla yanaşı fəaliyyətimiz dövründə hazırladığımız kliplərimizi bir diskə toplayıb kliplərdən ibarət bir albomu da geniş auditoriyanın ixtiyarına buraxdıq. 2008-ci ildə keçirdiyimiz «Qədir Xum» xeyriyə konsertinin lent yazısını hazırladıq. İnanın çox nəfis bir mərasim hazırlanıb, onu 2009-cu ildə ictimaiyyətə təqdim etdik. Zəngimsellərlə bağlı bir çox müraciətlər və prvayderlərin istəkləri ilə bütün Mobil aperatorlara albomlarımızı təqdim etməklə zəngimsellərimizi bir-birinə zəng vuran şəxslər arasında dinləmə imkanları yaratdıq. Bilirsiniz, artıq bu hal bizdə ənənə halını alıb, biz hər il bir albom, bir konsert tədbiri keçiririk. Bu tədbir bizdə elə ilk albom, «Eşq əhlinə» adlı albomunun təqdimatı zamanı ənənəvi olması qarşımıza qoyduğumuz məqsəd idi.
- İlk albom Şuşa kinoteatırında təqdim olunmuşdu. Yəqin ki, ilk mərasimin özəl çətinlikləri də oldu?
- «Eşq əhlinə» adlı ilk albom və Xanım Zeynəbin (ə) mövludu ilə əlaqədar elə ilk konsert tədbirini də «Şuşa» kinoteatırında gerçəkləşdirdik. Doğurdanda o anlar həyəcanla bağlı bəzi qeyri-adi hadisələr baş verdi. Mən bunu ilk ünvan və ilk şəxs sizsiniz ki, sizə bunları danışıram. Allah şahiddir ki, bu barədə qrup üzvüləri və bir neçə şəxsdən başqa heç kimin bu hadisədən xəbəri yoxdur. İlk problemimiz ilk albomumuzu «Könlüm arzular səni» albomumuzu hazrlayan studiya ilə bağlı oldu. Vədələşdiyimiz vaxta albomu hazırlamağa söz verən studiya mərasimə iki gün qalmış bizə zəng vurub dedi ki, o albomu hazırlaya bilməz. Təsəvvür edin, biz də konsertdə yeni albomun təqdimatını etmək istəyirik.
Çox çaşqın vəziyyətdə qaldıq. 50 ədəd sadəcə adi əksini çıxardığı albomun sadə variantını bizə verib albomu hazırlamaqdan imtina etdi. Ilk gərginlikdə buradan başladı. Sağ olsun Quran Sevərlər birliyinin başçısı hacı Tərlan. Müraciət etdik və vəziyyəti danışdıq ki, yalnız bir günümüz qaldığı halda bu şirkət bizi pis vəziyyətdə qoyub. Sağ olsun, tam da olmasa mərasimə yarıyacaq qədər Hacı bizim üçün albomu hazırladı. Nəhayət mərasim günü gəlib çıxdı. Bizə mömin qardaşlardan biri mərasimin büccəsinin 50%-ni söz vermişdi. Mərasim başlamazdan üç saat öncə bizə zəng vurdu ki, onun maliyyə yardımı baş tutmayacaq.
Təsəvvür edin, artıq sayılı vaxt qalıb. Nə edəcəyimizi bilmirik. Vaxt ötür, narahatlıq bir az da artır. Mərasimin başlanmasına yarım saat qalmış kinoteatr qapıçısı gəlib dedi ki, həyətdə 4-5 gənc və bir ağbirçək qadından başqa kim isə yoxdur, qoy onları buraxaq gəlsinlər. Bu söz onsuzda gərgin olan vəziyyətimizi bir az da dərinlənşirdi. Yuxarı qalxıb həyətə baxdım. Doğurdan da 6-7 adamdan artıq bir kəs yox idi. İçim dağıldı. Pillələri enirdim ki, Suraxanı məscidinin axundu Hacı Namiqlə rastlaşdım. Görüşdük, vəziyyəti ona danışdım, inanın ki, daxili narahatlıq elə vəziyyətdədir ki, nə edəcəyimizi bilmirik. Hacı Namiq bizi sakitləşdirməyə çalışdı və Allah ondan razı olsun ki, mərasimin qalan həmin o 50%-ni də təmin etdi. Söz vermişdik ki, bu barədə heç kəsə danışmayaq, amma elə bilirəm artıq uzun illər keçdiyindən bu barədə danışmaq olardı.
Mərasimin başlanmasına beş-on dəqiqə qalmışdı ki, İlahi bir izdiham saraya doldu ki, oturmağa yer olmadı. Salon ağzına qədər doldu. Böyük anşlaqla ilk konsertimizi beləcə gerçəkləşdirdik.
Bir il sonra ikici albomumuzu «Yoluna canlar fəda» adlı ikinci diskimizi hazırladıq. Şəhriyar mədəniyyət sarayını icarəyə alaraq Qədir Xum bayramı adı altında ikinci albomun konsertini də orada keçirdik. Ondan bir il sonra, yəni 2008-ci ildə üçüncü albomumuz «Könlüm arzılar səni» adı altında işıq üzü gördü. O albomun konsertini Səbinə şadlıq sarayında, xeyriyyə konserti kimi keçirdik. O mərasim də çox ecazkar alındı. Sonuncu albomumuzu 2009-cu ilin sonuna hazırlasaqda konserti albomdan irəli saldıq. Bunun da səbəbləri var idi.
Çünkü 2009-2010-cu il üçün nəzərdə tutulan albom məhz qəsidə formasında olacağı üçün qərarımız oldu ki, konsertimizi keçən albomlarımızdan parçalarla yeni albomdan öncəyə salaq. Bu konsert 250 kimsəsiz uşaqlar üçün Qurban bayramı ilə əlaqədar Oazis restoranında gerçəkləşdi. Bu mərasim də maraqlı oldu. Bütün qruplar iki ilahi oxumaqla iştirak etdi. Əlbəttə yenə də ictimai ədaləti gözləyərək ən yeni səhnəyə çıxan qrup başda olmaqla bütün ağsaqqal ifaçılara qədər burada yer almışdı. Bunu da vurğulayım ki, şəxsən qruplar içində ağsaqqal, «Əhli Beyt məddahları» qrupunu dəvət etməymizə baxmayraq hansısa səbəbdən mərasimimizə qatılmadılar. Bu mərasimdə fərdi iflara da yer ayırdıq ki, iştirak edənlər gecənin maraqlı olduğunu söylədilər. Ötən ilin sonuna, yeni ilin əvvəlinə nəzərdə tutulan dördüncü albomumuzu isə qeyd etdiyim kimi nohələrdən ibarət hazırladıq. Ötən il mən sizə albomlarımızın birini tam musiqisiz olaraq ilahilər hazırlamaq arzumuz olduğunu demişdim. Bu ilin olduqca gərgin günləri bu planımızı 2009-cu ildə gerçəkləşdirməyə bizə imkan vermədi. Lakin yeni il üçün musiqisiz ilahilərdən ibarət yeni albom hazırlamaq niyyyətimizdə var, qismət olsa.
- Yeni albomunuz qrupun ilk növhə layihəsi idi?
- Bəli. Düzdür, fərdi olaraq ötən il mənə məxsus «Ya Zeynəb» adlı ilk növhə albomum işıq üzü görmüşdü. Lakin bu fərdi albom idi. Qrupun növhələrdən ibarət «Ya Əbəlfəzl» adlı albomu birgə ilk layihəmiz idi. Həzrət Əbbas (ə), Əli Əkbər (ə), Xanım Zeynəb (s.ə) və sairlərinin şəninə oxunan növhələrin yer aldığı albom elə bilirəm bu günə qədər təqdim olunan növhə albomlarından bir az fərqlidir də. Bunu qulaq asan hər kəs hiss edəcək. Bu albomlar yanaşı qrup üzvülərinin hər biri fərdi olaraq növhələrdən ibarət albomlar hazırladı. Hacı Əlizaman «Xəncər vuruldu Əkbərə», Məşhədi Samir «Hüccətül-Xuda», mənim isə «Qardaş Əbəlfəzl» adlı fərdi növhə disklərimiz də ilin sonunda, məhərrəm ayının əvvəllərində işıq üzü gördü. Bununla yanaşı elə bilirəm hal-hazırda ilk ilahilərdən ibarət qrupa məxsus olan saytımız www. nurqrupu.ws fəaliyyətə başladı. Bütün qrup sevənlərimizin nəzərinə çatdırmaq istəyirik ki, qrupla bağlı istənilən məlumatı məhz bu ünvandan əldə edə bilərlər. Bununla yanaşı qrupa məxsus layihələr, foto və videolar, zəngimsellər, mərasimlər, albom və nohələri də saytımıza girməklə izləyə və ya əldə edə bilərlər.
Əlavə olaraq ötən ildə tasua mərasimini Mingəçevirdə «Heydər» məscidinin möminləri ilə, Aşuranı isə Şəmkir cümə məscidinin dindarları ilə qeyd etdik.
- Yeni ilə nə kimi layihələr gözlənilir?
- İlk öncə onu qeyd edim ki, Mominun qrupu ilə, xüsusən Hacı Məhdi ilə yeni bir layihə hazırlayırıq. Analoqu olmayan bu layihə İmam Hüseynə (ə) həsr olunaraq məhz Ərbəində (Imamın 40 günündə) gerçəkləşdirməyi düşünürük. Tam təfərrüatı ilə danışmaq istəmirəm, amma onu bilirəm ki, çox maraqlı alınmalıdır. Layihə təkcə iki qrupun iştirakı ilə məhdudlaşmayacaq. Başqa qrupları da dəvət etmək fikirindəyik. Dəvətlə bağlı onu qeyd edim ki, bizdən dəvət olunmamaqda incəyən şəxslər olur. Biz sizin qəzetiniz vasitəsi ilə onlara bildirmək istəyirik ki, qrupun hər hansı ümumi mərasiminə fərdi olaraq biz heç kəsi dəvət etmirik. Qəzet və saytlarda bu xəbərləri yayınlamaqla ümumi elan veririk. Xüsusi mərasimlərə gəlincə isə bura dəvətnaməli olduğundan nəzərdə tutulan hər kəsi dəvət edirik. Amma ümumi mərasimlərə fərdi dəvət edilmir. Bu baxımdan bizdən incəyənlər bu iradları nəzərə alsınlar.
İl ərzində bir neçə layihəmiz var ki, öncədən bu badərə danışmamağımın səbəbi ondadır ki, belə layihələrə sponsor axtarışı lazım olur ki, çox zaman əliboş oluğumuz üçün bu layihələri gerçəkləşdirə bilmirik. Baş tutması küllü miqdarda maliyyəyə bağlı layihələr üçün sponsor o qədər da rahat tapılmır. Ona görə də bu barədə layihənin gerçəkləşmə imkanları ərəfəsində qismət olsa görüşüb danışaraq.
- Maraqlı müsahibə üçün sizə öz dərin minnətdarlığımızı bildirirk. Gələcək işlərinizdə sizlərə uğur və müvəffəqiyyət arzu edirik.
- Sağ olun.