Əsas Səhifə | Hаqqımızdа | Əlaqə | Başlanğıc səhifəsi et | Seçilmişlərə əlavə et

 

                                      

 

  Ətraflı axtarış » Həftəlik Dini İctimai Qəzetin Elektron Versiyası
Yazarlar
image

Əbülfəz Bunyadov

image

Mehman Müctəba

image

İntiqam Rüstamov

image

Əli Nur

image

Mircəfər Əyyubzadə

image

Muhəmməd Baqir

image

Sadiq


Arxiv
Be Ça Ç. Ca C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
27282930



Sorğu: Fikrini bildir

Bir gəncin əxlaqi dəyərlərinin pozulmasında əsas günahkar kimdir?

Valideyn
Müəllim
Dost-tanış
Özü
Cəmiyyət
Hamısı




Faydalı Linklər

www.wilayah.org
www.al-shia.org
www.azeri.makarem.ir
www.sistani.org
www.lankarani.ir
www.vahid-khorasani.ir
www.moftialshia.ir
www.j-fazel.org
www.ocaqnejad.com
www.islammektebi.org
www.sonumid.com
www.isra.az
www.kovser.az
www.islam-azeri.az
www.haqyolu.com
www.ahlibeyt.az
www.hilal.az
www.ramazanayi.org
www.birlik.az
www.muntozor.net
www.ehlibeyt-moize.ucoz.ru

Ramazan ayının 29-cu gününün duası: " İlahi, bu gün məni Öz rəhmətinlə əhatə et. Belə bir gündə işlərimin uyğun olmağını və hər bir azğınlıqdan qorunmağı mənə nəsib et. Mənim qəlbimi şübhəli işlərdən, qaranlıq yollardan və töhmət gətirən əməllərdən pak et, ey mömin bəndələrinə rəhm edən Allah ! "
بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ. يَا عَلِيُّ يَا عَظِيمُ يَا غَفُورُ يَا رَحِيمُ. أَنْتَ الرَّبُّ الْعَظِيمُ الَّذِى لَيْسَ كَمِثْلِهِ شَيْئٌ. وَ هُوَ السَّمِيعُ الْبَصِيرُ. وَ هَذَا شَهْرٌ عَظَّمْتَهُ وَ كَرَّمْتَهُ وَ شَرَّفْتَهُ وَ فَضَّلْتَهُ عَلَى الشُّهُورِ. وَ هُوَالشَّهْرُالَّذِى فَرَضْتَ صِيَامَهُ عَلَىّ. وَ شَهْرُ رَمَضَانَ الَّذِى أَنْزَلْتَ فِيهِ الْقُرْآنَ. هُدًى لِلنَّاسِ و بَيِّنَاتٍ مِنَ الْهُدًى وَالْفُرْقَان. وَ جَعَلْتَ فِيهِ لَيْلَةَ الْقَدْرِ. وَ جَعَلْتَهَا خَيْرًا مِنْ أَلْفِ شَهْرِ. فَيَاذَالْمَنِّ وَلا يُمَنُّ عَلَيْكَ. مُنَّ عَلَىَّ بِفَكَاكِ رَقَبَتِى مِنَ النَّارِ. فِيمَنْ تَمُنُّ عَلَيْهِ وَأَدْخِلْنِى الْجَنَّةَ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

email Dostuna göndər | print Çap versiyası | comment Şərhlər (0 )

Mənəviyyat və mübarizə

İhq 06 Fevral 2010 23:04:00


image

«Məşhədi Dadaş» məscidinin imamcüməsi Hacı Şahin Həsənovun cümə xünbəsi.

«Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!»

(Cümə surəsi, ayə 9)

Sizə və özümə İlahi təqvaya riayət etməyi tövsiyə edirəm.

İmamın (ə) Ərbəini, qırxına az bir müddət qalır. İndiyə qədər Kərbəla hadisəsinə baxışlarımızı əks etdirən ötən söhbətlərimizə bir daha diqqətinizi cəmləmək istəyir və bu mövzularda xüsusi məqamlara bir daha dönüş etmək arzusundayıq. Dəfələrlə Kərbəla hadisəsinin çoxşaxəli olduğunu bildirmişik. Burada əxlaq, şücaət, ibadət və sair sahələr mövcuddur. Biz bunu hər dəfə demişik ki, Kərbəla həqiqi irfan məktəbidir. Mərifət və ibadətin mübarizə ilə qarışdığı bu hadisədə həqiqi məna zirvəyə yüksəlir.

Müqəddəs kitabımız cihad və mübarizədən danışarkən onu möminlərin vəzifəsi kimi təqdim edir. Amma cihad ayələrinə diqqət etsək mütləq olarada mənəviyyatın da yer aldığının şahidi olarıq. Cihad olmasa əxlaq, əxlaq olmasa mənəviyyatın faydası yoxdur. Hədid surəsində buyurulur: «Biz Peyğəmbərlərimizi dəlil sübutla göndərdik. Onlara kitab və ədalət mizanı nazil etdik.» Ayə əvvəl mərifətdən, dəlil, sübut, ölçüdən danışır. Bundan sonra buyurur: «Biz onlara dəmir nazil etdik» Dəmir burada silah mənasınadır. Yəni dəlil sübut qəbul etməyib dinin əleyhinə qalxan şəxsə dinin də mövqeyi bir mənalıdır. Haqqa qarşı silah çəkənə qarşı din də müharibəyə qalxır. Mərifətdən sonra ictimai hədəf uğrunda ictimai mübarizə başlayır. Əgər irfan və mərifət olmasa mübarizənin heç bir faydası yoxdur. Əksində də irfan və mənviyyat puçdur. Quranda möminlərdən danışılan ayənin sonunda iki ictimai vəzifəni vurğulayır: «Möminlər xeyrə dəvət edib pis işlərdən çəkindirər. Onlar cəmiyyəti islah edərlər.» Digərlərini haqqa çağırmaq ictimai vəzifədir. Bunu qeyd etməzdən öncə Quran bir sıra vəzifələr sayır. Tövbə edənlər, ruku, səcdə edənlər, oruc tutanlar, yəni bu xüsusiyyətlər təbliğə məna verir. Mənəviyyat islahatçının birinci xüsusiyyətidir. İslahatçı ibadət vasitəsi ilə özünü islah etməlidir.

Aşura bu ayələri bizə canlı şəkildə göstərdi. Tasua gecəsi barəsində yazanlar qeyd edirlər ki, o gecə onların bəzisi rukuda, bəzisi səcdədə və sair ibadətlərdə idilər. Aşura gecəni ibadətlə keçirib səhər zülm qarşısında dayananların məktəbidir. Onların mübarizəsinin dərin mənası Allaha olan bəndəlikləri idi. İmam Hüseynin (ə) qiyamında irfan və cihad bir-biri ilə tam şəkildə uyğunlaşır. Hüseynin (ə) irfani qiyamı onun mübarizəsinin əsas hissəsidir. Kim İmam Hüseynin (ə) qiyamında mərifəti anlamasa qiyamı tanıması mümkün deyil. Tarix boyu yanlış yolda olanlar həmişə olub. Bəziləri mənəviyyat arxasınca qaçıb ictimai vəzifələrini unutduqları halda başqa biriləri mübarizənin arxasınca qaçıb mənəviyyatı unudublar. Rəbi ibn Hüseyn İmam Əlinin (ə) səhabələrindən idi. O, 20 il zikrdən başqa bir şey danışmadı. O gecə ibadətində ayaq üstə, o qədər qiyam halında dururdu ki, qonşular elə bilirdilər ki, evdə yeni sütun düzəldiblər. Sanki canlı insan deyildi o qiyam halında olduğu zaman. O öz evində məzarını qazmışdı və hər gün qəbrinə girir Quran ayəsində olduğu kimi Allahdan dünyaya sağ ikən qaydış istəyir və sanki izn almış kimi məzarından qalxıb, dirilmiş kimi  ibadətə başlayrıdı.

Belə bir şəxs Siffeyn müharibəsinə getməkdən imtina edərək Müaviyənin və ya Əlinin (ə) haqq olmasında şübhəli olduğunu bildirir. O Kərbəla hadisəsi zamanı da sağ idi və yenə də laqeyd ibadətçi olaraq bunlara əhəmiyyət vermirdi. Bu irfan heç bir şeyə dəyərli deyil. İnsanı ictimai dəyərlərdən uzaqlaşdıran və ancaq ibadətə yönəldən irfanın Allah yanında heç bir dəyəri yoxdur. Bunun əksi də var. Insanlar var ki, cihad və mübarizə meydanlarında olmalarına baxmayaraq imanları olmayıb. Bunun bariz nümunəsi Xalid ibn Vəliddir. O yüzdən artıq döyüşdə olmuşdu və bədənində qılınc yerindən salamat az yer tapmaq olardı. Çox şücaətli şəxs idi. Peyğəmbər (s) onu İbni Amir qəbiləsinə göndərir. Vəzifəsinin başqa şey olduğunu unudan Xalid o qəbilə ilə köhknə ədavətini yadına salıb o qəbilənin bütün kişilərini qılıncdan keçirib onları qarət edir. Xəbər Peyğəmbərə (s) çatanda o əlini  göyə qaldırıb: «İlahi, Xalidin etdiyi işdən sənə pənah aparıram» deyir. «Mən onu qəbiləni qılıncdan keçirmək üçün deyil, onları haqqa dəvət etmək üçün göndərmişdim.» Bundan sonra Peyğəmbər (s) Əlini (ə) o qəbiləyə göndərərək ölənlər üçün qan bahası verib onları razı salır.

Bu iki misalın birində mənəviyyat var, mübarizə yoxdur. Digərində isə mübarizə var mənəviyyat yoxdur. Bunların heç biri Quranın buyurduğu yol deyil. Quranın dediyi bu ikiliyin cəmidir. Tarixdə də bunun nümunəsi çoxdur. Ən barizi Üveys Qəranidir. O Peyğəmbərin (s) onu görmədən ən çox sevdiyi şəxs idi. O gecədən səhərə qədər ibadət edən bir şəxs idi. Bir gecə onun üçün ruku gecəsi idi. İbadətə başlayıb səhərə qədər rukuda qalırdı. Digər gecə səcdə gecəsi idi. O gecə də Üveys səhərə qədər səcdədə qalırdı. Bu onun mənəviyyatı idi. Süffeyn müharibəsində haqqı müdafiə etmək üçün Əlinin (ə) yanına gəldi. Bu simanın kamili elə Əli (ə) özüdür. İbadət də göz yaşları ilə Rəbbinə yönələn, döyüşdə isə misli olmayan rəşadətli qəhrəman. O hər iki  sahənin birincisi idi. Üzünə ağzının suyunu atanın başını kəsməkdə yubanır. Səbəbini isə o belə deyir ki, istəmədim başını mənə etdiyi hörmətsizliyə görə kəsim. İstədim işim tam Allaha görə olsun.

İndi də bəzi müqəddəsbazlar var ki, özlərini lazımsız şeylərə aludə edərək özlərini arif sayırlar. Belə yersiz təfəkkürlü cərəyanlar da yaranır. Eşitmişəm, Bakıda da var, İmam Zamanı (ə.f) yuxuda görüb ondan göstəriş alanlar. Onlar nə şəriət qəbul edirlər, nə camaat namazına qoşulurlar. İctimai hər növ məsuliyyəti rədd edirlər. Əfsus ki, müsəlmanlar arasında belə cərəyanlar vüsət tapmaqdadır. Belə mövhumut və xurafata qarışmış din dinsizlikdən daha təhlükəlidir. Hər kəs bilməlidir ki, yuxu kəramət ola bilər, amma hüccət əsla ola bilməz.

Bəsirət və mənəviyyat ictimai şüurla bərabər olanda İslam o mənəviyyatı qəbul edir. Üveys deyir ki, kaş ömür bir gecədə olaydı, onu da səcdədə keçirəydim. Bununla yanaşı o döyüşdə Əlinin (ə) sədaqətli əsgəridir. Kərbəla hadisəsinin əsas xüsusiyyəti də bu iki xüsusiyyətin birləşməsi idi. Bu dəyərin qiyməti elə idi ki, hətta düşmənləri belə onların fəzilətini etiraf edirdi. İmam Hüseynin (ə) başını İbni Ziyadın hüzuruna gətirəndə orada olan qardaşı təəssüflə «Kaş Ziyad oğlanlarının hamısı öləydi, amma Hüseyn sağ qalaydı» deyir. Və üzünü qardaşına tutub «Mən sənin kimi qardaşdan imtina edirəm» deyib oranı tərk edir. Hətta zalımların evində bu fəziləti bilirdilər.

İmam Hüseynin (ə) şəhadətinə Yəzidin öz həyat yoldaşı etiraz etdi. Quran hafizi Bureyri öldürən Kəbin arvadı ona «Ey bədbəxt! Sən elə bir şəxsi öldürmüsən ki, bütün Kufə əhli Quranı ondan öyrənmişdi. Bureyr, Həbib ibn Məzahir Quran hafizləri idi. Quran onların ətlərinə, qanlarına hopmuş şəxslər idilər. Bununla yanaşı onlar İslam dininin mücahidləri idilər. Onlar İmam Hüsyenlə (ə) bərabər olan şəxslər idilər. Biz İmam Hüseynin (ə) ziyarətində oxuyuruq: «Salam olsun sizə ey Peyğəmbərin (s) və dininin köməkçiləri.» İmam Hüseynin (ə) başını İbni Ziyadın qabağına qoyan şəxs ona belə deyir: «Sən insanların ən yaxşısını qətlə yetirdin» Onların fəziləti elə bir həddə idi ki, hətta düşmən özü bunu etiraf edirdi. Bu mübarizədə cihad mənəviyyata qarışmasaydı heç zaman o bu günə gəlib çatmazdı. Bu mübarizənin əbədiyyət rəngi Allaha bağlı olmasındadır. O mübariz insanların mənəviyyatıdır. Mənəviyyatın nəticəsində bu mübarizə ilahi rəng aldı. İlahi rəng aldığı üçün də bu gün yaşamaqdadır.

İmam Hüseynin (ə) mübarizəsi onun mərhəmətinin təzahürü idi. Bəzən mərhəmət vadar edir ki, küfrün qarşısında dayanasan. Tarixdə nümunəsi var, bəzən görürsən bir qrup insan bəşəriyyəti nemətdən məhrum edir. Bunun üçün də tovhid nurunun qorunması üçün o bir neçə nəfəri öldürmək vacib olur. Təsəvvür edin ki, silahlı bir neçə şəxs kəndə gələn suyun yolunu bağlayıblar. Heç cür yola gəlmədikləri halda məcbursan ki, onları qətlə yetirəsən. Əhli-Beytin (ə) hədəfi də bunda idi ki, tövhid yolunun maniələrini aradan qaldıraraq bəşəriyyəti bu nemətdən məhrum olmağa qoymurdular. İmam Hüseynin (ə) mübarizəsinə baxsaq orada da bunun nümunələrini görmək olar ki, bunların ən sadəsi Ağanın dilində Allah kəlməsinin səslənməsidir. O hər şəhidin üstünə gəlib «Biz Allahdanıq və Allah tərəfinə də qayıdacağıq» və ya «Möminlərdən bəziləri var ki, Allah yolunda şəhid oldular. Bəziləri də var ki, şəhadətin intizarındadırlar» ayələrini oxuyurdu. Özü atdan düşəndə «Allahdan başqa qüdrət və qüvvət sahibi yoxdur» deyir.

Mübarizəsinin hər addımında varlığına hopan Allahı, İlahi sifətləri bəşər üçün təcəssüm etdirir. İmam Hüseynin (ə) Aşuradakı namazı bizə çox dərslər verir. Bu namazın bir çox xüsusiyyəti var. Onlardan biri budur ki, İmam (ə) tək namaz qıla bilərdi. Lakin o namazı camaatla qılır. Digəri qızğın döyüşün olmasına və vaxtın yubadılmasına imkan var ikən İmam (ə) namazını ilkin vaxtda qılır. Başqa biri İmamın (ə) açıq havada, döyüş meydanında namaz qılmasıdır. İmam (ə) xeymədə də namaz qıla bilərdi. Lakin bu döyüş meydanında baş tutdu. Burada o nümayiş etdirirdi ki, mənim hədəfim elə namazın diri qalması üçündür.

Şücaətdə bərabəri olmayan İmam (ə) döyüş meydanında düşmənlə döyüşür. İmam Hüseyn (ə) haqqında onu qeyd edək ki, Həzrət Əbəlfəzl (ə) buyururdu ki, biz müharibədə İmam Hüseynə (ə) sığınırdıq. İmam (ə) belə şücaətli şəxs idi. İmam (ə) onunla bir az döyüşdükdən sonra bir zərbə endirərək onu atdan salır. Onun yıxıldığını görən İmam (ə) həmlə etmədən onun yenidən ata qalxmasını istəyir. Növbəti döyüşdə İmam (ə) ona elə zərbə endirir ki, o yerə yıxılıb qalxa bilmir. İmam (ə) atdan enib onun başı üzərinə gəlib deyir: «İstəyirsən qəbiləni çağırım gəlib səni aparsın.» O şəxs də razılaşır. İmam (ə) düşmən ordusuna müraciət edərək onu aparmasını istəyir. Bu İmamın (ə) məntiqidir. İntiqam hissinə ən çox əsası olan adam, oğlu, qardaşı, əzizləri, yaxınlarını bu qoşun bir neçə saat içində qətlə yetirib. O isə mərhəmətini əsirgəmir. Bu digər tərəfdən axır anda olsa belə hidayət üçün fürsətdə sayıla bilər. Siz tarixdə heç zaman belə nümunələr tapa bilməzsiniz. İmam Hüseynin (ə) mübarizəsinə məna verən bu səhnələrdir.

Əbəlfəzl (ə) əbdi salehdir. Yəni saleh bəndədir. Yazırlar ki, başlar nizələrə taxılıb Kufəyə gətirildiyi zaman Kufə camaatı bunu kənardan seyr edirdilər. Birdən kim isə Əbəlfəzlin (ə) başını tanıdı və yanında olana başın kimliyini söylədi. Yanındakı onun haradan Əbəlfəzl (ə) olduğunu soruşduqda o belə dedi: «Mən onun atası Əlinin (ə) məscidə gəlməzdən bir neçə saat öncə Əbəlfəzlin gəlib namaza hazırlaşdığını, saatlarla səcdədə qaldığını görmüşdüm. Indi də onun alnındakı səcdə yerindən onu tanıdım.» Əbəlfəzlin (ə) səcdəsi bu vəziyyətdə, qəlbində bəsirəti də belə bir ölçüdə idi. O bir dəfə olsun İmam Hüseyndən (ə) hara getdiklərini soruşmadı. O İmamını (ə), ictimai vəzifəsini, zülmü tanımışdı və başa düşmüşdü ki, belə vəziyyətdə zülmün qarşısında durmaq vacibdir. Ona görə də onun kəsilən qolu Adama bu qədər şəfa verir. Ona görə də bu kəsilən qol ələm, mübarizənin rəmzi olaraq bu günə qədər qalmaqdadır. İnsanlar dərdlərinə dərman olaraq onun qapısına üz tuturlar. Bu onun Allaha bağlılığıdır. Qolun kəsilməsinə dəyər verən mərifətdir. İmam Hüseynin (ə) mübarizəsində əsas dərk mərifət və ibadətdir.



102 dəfə oxunub

Bu məqaləni necə qiymətləndirirsiniz ?

1 2 3 4 5    5 üzərindən 5   (cəmi 2 səs)
comment Şərhlər (0 )
Namaz Vaxtları
10 - 16 Sentyabr
Gün Sübh Günəş Zöhr Şam Gecəyarı
10 05:53 07:16 13:38 20:16 01:05
11 05:54 07:17 13:37 20:14 01:05
12 05:56 07:18 13:37 20:12 01:05
13 05:57 07:19 13:37 20:11 01:04
14 05:58 07:20 13:36 20:09 01:04
15 05:59 07:21 13:36 20:07 01:04
16 06:00 07:22 13:36 20:06 01:03
Dünəndə Bugün

03 sеntyabr (23 ramazan)

Quranın nazil olması.

Bu gеcə Qurani-Kərim yеr üzünə nazil olub. Başqa bir rəvayətə əsasən isə bu hadisə ramazanın 24-də baş vеrib.

 

 

04 sеntyabr (24 ramazan)

Əbu Ləhəbin ölümü.

Bu gün Əbu Ləhəbin ölüm günüdür. Bir rəvayətə əsasən o, ramazanın 25-də cəhənnəmə vasil olub.

 

 

Ramazan ayının sonu.

1. Ömərin vasitəsi ilə Təravih namazının bidəti.

Hicrətin 14-cü ili bu ayda Ömər nafilə namazını camaatla qılmaq bidətini qoydu. Sonra bir kişini kişilər üçün, bir kişini isə qadınlar üçün namaza imam sеçdi.

 

2. Pеyğəmbərin (s) yağış üçün еtdiyi dua.

Hicrətin 6-cı ili bu ayda Mədinədə quraqlıq baş vеrdi. Pеyğəmbər (s) dua еdərək yağış istədikdə yağış yağdı.