Əsas Səhifə | Hаqqımızdа | Əlaqə | Başlanğıc səhifəsi et | Seçilmişlərə əlavə et

 

                                      

 

  Ətraflı axtarış » Həftəlik Dini İctimai Qəzetin Elektron Versiyası
Yazarlar
image

Əbülfəz Bunyadov

image

Mehman Müctəba

image

İntiqam Rüstamov

image

Əli Nur

image

Mircəfər Əyyubzadə

image

Muhəmməd Baqir

image

Sadiq


Arxiv
Be Ça Ç. Ca C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
27282930



Sorğu: Cavab ver

İmam Əli(ə) buyurub: "Hər kim özünü tanısa, Allahını tanıyar". Özünüzü tanıyırsınız?

Bəli
Xeyr
Bilmirəm
Çalışıram




Faydalı Linklər

www.wilayah.org
www.al-shia.org
www.azeri.makarem.ir
www.sistani.org
www.lankarani.ir
www.vahid-khorasani.ir
www.moftialshia.ir
www.j-fazel.org
www.ocaqnejad.com
www.islammektebi.org
www.sonumid.com
www.isra.az
www.kovser.az
www.islam-azeri.az
www.haqyolu.com
www.ahlibeyt.az
www.hilal.az
www.ramazanayi.org
www.birlik.az
www.muntozor.net
www.ehlibeyt-moize.ucoz.ru

Ramazan ayının 29-cu gününün duası: " İlahi, bu gün məni Öz rəhmətinlə əhatə et. Belə bir gündə işlərimin uyğun olmağını və hər bir azğınlıqdan qorunmağı mənə nəsib et. Mənim qəlbimi şübhəli işlərdən, qaranlıq yollardan və töhmət gətirən əməllərdən pak et, ey mömin bəndələrinə rəhm edən Allah ! "
بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ. يَا عَلِيُّ يَا عَظِيمُ يَا غَفُورُ يَا رَحِيمُ. أَنْتَ الرَّبُّ الْعَظِيمُ الَّذِى لَيْسَ كَمِثْلِهِ شَيْئٌ. وَ هُوَ السَّمِيعُ الْبَصِيرُ. وَ هَذَا شَهْرٌ عَظَّمْتَهُ وَ كَرَّمْتَهُ وَ شَرَّفْتَهُ وَ فَضَّلْتَهُ عَلَى الشُّهُورِ. وَ هُوَالشَّهْرُالَّذِى فَرَضْتَ صِيَامَهُ عَلَىّ. وَ شَهْرُ رَمَضَانَ الَّذِى أَنْزَلْتَ فِيهِ الْقُرْآنَ. هُدًى لِلنَّاسِ و بَيِّنَاتٍ مِنَ الْهُدًى وَالْفُرْقَان. وَ جَعَلْتَ فِيهِ لَيْلَةَ الْقَدْرِ. وَ جَعَلْتَهَا خَيْرًا مِنْ أَلْفِ شَهْرِ. فَيَاذَالْمَنِّ وَلا يُمَنُّ عَلَيْكَ. مُنَّ عَلَىَّ بِفَكَاكِ رَقَبَتِى مِنَ النَّارِ. فِيمَنْ تَمُنُّ عَلَيْهِ وَأَدْخِلْنِى الْجَنَّةَ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

email Dostuna göndər | print Çap versiyası | comment Şərhlər (0 )

Vergi, falçılıq, bəxt açma…

Əbülfəz Bunyadov 08 Mart 2010 12:03:00


image

Müsahibimiz İlahiyyatçı Mircəfər Əyyubzadədir.

- Bizə çox zaman belə bir sualla müraciət olunur. İnsana vergi verilə bilərmi? Bunun üçün hər hansı bir katiqoriya mövcddurmu?

- İnsana vergi verilə bilər. Amma bunun üçün insanda xüsusiyyət lazımdır. Xüsusiyyəti qeyd edərkən buyururlar ki, bu vacib deyil insanın bütün vücudunu əhatə etsin. Bəzən belə olur ki, çox həssas bir anda bir insan Allahın xoşuna gələn bir iş görür. Ona vergi verilə bilər. Bu sözümüzə uyğun bir əhvalat danışırlar, deyirlər ki, bir nəfər dəmirçi dükanının yanından keçirdi, gördü dəmirçi qızmış dəmiri əli ilə götürüb onu müxtəlif tərəflərə əyir, amma dəmir qızarmasına baxmayaraq onun əlini yandırmır. Bu işə təəccüb edən şəxs dəmirçiyə yaxınlaşıb bu işin səbəbini soruşanda dəmirçi deyir: «Mən tacir idim və kifayət qədər də dövlətim var idi.

Bir il mənim yaşıdığım şəhərdə bərk quraqlıq baş verdi. Hər kəsin nə əkini var idisə əlindən çıxdı. İnsanlar o dərəcədə kasıbladılar ki, dilənməyə başladılar. Bir gecə evimdə oturmuşdum, birdən qapı döyüldü, açdım, gördüm gözəl bir qadındır. Qadın maddi durumunun çox acınacaqlı səviyyədə olduğunu deyib evdə olan yetimləri üçün məndən çörək istədi. Qadının gözəlliyindən mən ona günah təklifi etdim. O razılaşmadı və qəzəbli halda mənim evimi tərk etdi, lakin bir neçə dəqiqədən sonra döndü və mənə bildirdi ki, uşaqları acından ölür. Başqa çarəsi yoxdur. Biz onunla ikilikdə bir otağa gəldik. Mən ona yaxınlaşanda o ağladı və yalvararaq dedi ki, o seyyidə bir xanımdır, Allah yanında onun iffətini aparmayım, bunun əvəzində o Allaha mənim üçün dua edərək məni cəhənnəm odundan xilasımı Ondan istəyəcəyini bildirdi və and içdi ki, Allah onun bu istəyini gerçəkləşdirər. Bədənim süstləşdi, bir anlığa özümə kənardan baxıb nifrət hissi keçirdim. Çörəyi ona verib getməsini istədim. Bütün gecəni yatmadım, səhər evimi tərk edib səhralığa üz tutdum, çox gəzib Allahdan bağışlanmağımı istədim.

Məhz o zamandandır ki, mənim əlimi seyyidə qadının duasına görə od yandırmır və inanıram ki, onun duasına görə Allah qiyamətdə də məni cəhənnəm oduna tuş gətirməz.» Belə şeylərin baş verməsi mümkündür. Lakin bu da bir həqiqətə dəlalət edir ki, insan günahdan çəkinərək bu məqama malik olur. Məsələn İbni Sirin Həzrət Yusif (ə) kimi naməhrəmdən qaçması nəticəsində yuxu yozmağı Allah tərəfindən qazandı. Mömin şəxslərdən biri olub, halal zəhməti ilə yaşayıb dinin vacibatını əməl edən şəxs olub, Kərbəlayi Kazım. O odun yığmaqla ailəsini dolanırırdı. Hər gün da odun tolamağa gedəndə yolu üstə olan piri ziyarət edərmiş. Bir gün odundan qayıdanda qaydasına uyğun yenə də pirə daxil olan kərbəlayi Kazım orada dörd nurani şəxsin olduğunu görür. O şəxslərdən biri Kərbəlayi Kazımdan istəyir ki, divarda yazılmış yazıları oxusun. Yazılar ərəb dilndə, Kərbəlayi isə savadsız olduğu üçün oxuya bilmədiyini deyir.

Bu zaman o şəxslərdən biri əlini Kərbəlayi Kazımın sinəsinə çəkir və o andan Kərbəlayi bütün Quranı küllən əzbər bilməyə və ərəb dilində mükəmməl yazıb oxumağa başlayır. O bir gecədə hafizi Quran olur. Hətta o dövrün müctəhidləri bəzi təriqətlərlə mübahisələri olaraq Quranda təhrifin olub olmaması mövzusu irəli gələndə onlar Kərbəlayi Kazımı misal göstərib deyirdilər: «Kərbələayi ayəni oxusun. Onun öyrənməsi ilahidir. O necə oxusa ayə də məhz elədir» Belə vergilər var. Amma vergi nə insanın xüsusi insan olmasına dəlalət edər, nə də insanı əbədi xöşbəxt edər.

- Ola bilərmi ki, əqidəvi heç bir göstəricisi olmayan bir insan bir səhər yuxudan oyanıb ona vergi verildiyinin şahidi olsun?

- Fəlsəfi baxımından bu mümkündür. Amma xarici baxımından Məntiq qoyularsa bunun Allah tərəfindən əta olunması qəbul olunan deyil. Vergi vermə xüsusiyyəti şeytanlara da məxsusdur. Necə ki, cadu ilə məşğul olanlar şeytanlar, cinlər ilə bu işi görürlər. Bu yəqindir ki, onlara yardımçı Allah deyil.

- İnsanlarda belə bir hiss var ki, həyatlarını arzuladıqları kimi qurmaq üçün çox zaman uzaqgörənlərə, falçılara müraciət etmək kimi addımlar atırlar. Bununla onlar gələcək həyatlarının uğurlarını müəyyən etmək istəyirlər. Bu nə qədər doğrudur?

- Öncə birinci məsələyə fikirimi bildirim. İnsanların gələcəyi bilmə marağı bir neçə şeydən doğur ki, bunların başında bekarçılıq durub. Digəri məqsəd yönlü həyat sürməmələridir. Həyatda məqsədi olan adam üçün sabahın dəyişməsi heç nəyi dəyişməz. O əlindəki hər bir anı fürsət bilir Məqsədə çatmaq üçün. Ona görə də belə iş ardınca qaçanlar əksəriyyəti karyera divanələri olan müğənnilər, aktyorlar və sair bu sahədə olan adamlardır. Çalışırlar ki, elə bir şey kəşf etsinlər ki, sabah daha çox məşhur ola bilsinlər. Məqsədləri boş olan insanlardır.

Falçılığa İslamın rəyi birmənalı mənfidir. Elə buna görə də İslam həm dünyapərəstliyə, həm də tərki dünyalığa görə çətindir ki, İslam dini orta yolu tutur. Bəzən görürsən insanlarda belə cəhət olur ki, tam üz tuturlar dünyaya, axirətlərini unudurlar, ya da əksinə, tərki dünya olurlar. Orta yolu qoruya bilmirlər. Falçılıq normal həyata, orta yola ziddir. Falçılıq insan həyatını qaçılmaz fəsada uğradacaq. Onun ehtimal verdiyi şeylərin əksəriyyəti böyük qarşıdurmalar, qohum düşmənçiliyi, ədavət və Qana, boşanmalara səbəb olan hadisələrdir. Falçılıq normallığı pozduğu üçün İslama görə batildir. Hədisə görə falçı özü kafirdir və hətta falçının yanına gedən də kafirdir. Bəzi hədislərdə deyilir ki, falçı haqqı-hesab olunmadan cəhənnəmə gedəcək.

- Falçı və uzaqgörən nə kimi fərqlərə malikdirlər?

- Uzaqgörənlər baş verən hər hansı bir hadisəni proqnozlaşdıra bilərlər. Ola bilər ki, bu proqnoz yanlış da ola bilsin. Amma Allahın qərarı dəyişməzdir. Kimsə iddia etsə ki, sabah nə baş verəcəyini mən deyəcəyəm və bu da mütləq belə baş verəcək, o yalançıdır, yox əgər dediyinin hansısa düz çıxsa belə o qara cadu ilə məşğul olaraq bu işi cinlərin, şeytanların əli ilə görür ki, dinə görə o şəxs birbaşa cəhənnəmlikdir. Ümumiyyətlə Peyğəmbərlərlə (ə) cadugərlərin fərqi bundadır ki, əgər Peyğəmbər (ə) deyir ki, sabah hansısa hadisə baş verəcək, bu xəbəri ona Allah buyurur və baş verməsi mütləqdir. Amma cadugərin dediyi daha çox istiqamətləndirici xarakterlidir və ya cinlərin təsiri ilə insanı bu vəziyyətə gətirir. Hətta cadugərin qoyduğu diaqnoz baş versə belə bu bir şeytan əməli olub fəsaddan başqa bir şey deyil.

Burada ekstrasenslik haqqında bir söz söyləmək istəyirəm. Pisxologiya kimi o da bir elimdir. Pisxoloqlar durumu, vəziyyəti, bölgələri, xasiyyəti müəyyənləşdirib insanın sonrakı hadisədə gedişini dəyişə bilər. Bu uğurlu bir nəticə də verə bilər. Bunlar praktikanın öyrətdiyi bir elmdir. Onlar çox zaman qarşısında olanların xarici cizgilərini izləməklə bu xüsusiyət sahiblərinin necəliyini yalnız praktika əsasında müəyyən edə bilirlər. Bu pisxologiyanın nəticəsi kimi ekstrasenslik də müəyyən bir durumun qabaqlama xasiyyətinə malikdir. Bu uzaq görənlikdir, falçılıq yox. Ekstrasens və ya pisixoloqların dediyi «olacaq» kəlməsi elmi olacaqdır, əməli mütləq olmaq yox. Elm deyir ki, baş ağrısı dərmanını içən şəxsin baş ağrısı gedəcək. Amma getməyə də bilər. Onun diaqnozu elmdir, bu isə mütləq deyil.

- İnsanların falçı, bəxt açdırmaq, işlərin bəd gətirməsini dəyişmək, bədbəxtçilik və sair kimi inanclara sahib olması nəyin göstəricisidir?

- Bunun bir çox səbəbləri vardır. Azərbaycan üçün mən bunu Allaha inancın zəif olmasında görürəm. Insan müsibətə düçar olur. Bunun səbəbini özündə, əməllərində axtarmadığı üçün bu işi düzəlmir. Bu o deməkdir ki, müsibətin təkrarlanma ehtimalı böyükdür. Yenə başqa bir dərd üz verir, yeni müsibət. Bu dəfə də səbəbi kənarda axtarır. Bu zaman ona «Bəlkə bir baxtırasan, deyirlər ki…» bu da təkan. Onu falçıya tərəf istiqamətləndir ən acı addım. Qızı ailə qurmur. Qorxur. Nədən? Təminatından qorxursa onu sənət sahibi etsin. Ailə qurmaq və ya qurmamaq kiminsə əlində deyil ki, başqasının ailə işinə müdaxilə edib qızını evdə oturtsun. Belə bir şey yoxdur. Kimsə buna görə falçılara getməsin. Bir çox əməllər var ki, sadəcə bizim zəifliyimizdən doğur. İman isə elə bir iksirdir ki, onun həll etmədiyi problem yoxdur. İman hər bir dərdi həll etməyə qadirdir.

- İnsanları təsir altında idarə etmə, Nastrdamus və ya sair kimi fenomen insanların yaradılması ilə insanları hadisəyə yönəltmə kimi fikirlər İslam fəlsəfəçilərinin diqqətindədir.

- Bu beynəlxalq siyasətdir. İndi dövlət başçılarının dövləti idarəsi bu taktika əsasındadır. Heç nəyə yox demə. Bu yoxun Sovetlərin tənəzzülünə səbəb olduğundan dünya hökumətləri kütləyə yox deməməyə çalışır. Amma hə dediyi hər bir fikir və məktəbin yaranması baş verirsə vaxt itirmədən onun alternativini yaradır. demir şiəlik olmasın, olsun, bizim tarixi köklərimiz, pirlərimiz, zəngin mədəniyyətimiz olan şiə əsilliyik. Başçımız da şiədir, ruhaniləri idarəetmə orqanımızın başçısı da şiədir. Amma deyəsən axı şiəlik bir az çox qalxır?! Buna alternativ lazımdır. Azdırıcı siyasətə əl at. Vəhhabilik. Onlar azdırıcı nəticə üçün onsuzda hazırdılar. Vəhhabi üçün az da olsa münbit şərait kifayətdir ki, Aləmi qarışdırsınlar. Bir az da ötür, vəhhabiliyin həqiqi siması açılır, daha ona maraq yoxdur, yenə alternativ lazımdır. Vilayət-ziddi vilayət mövzusu. Yeni cəbhə yaransın. Ya da bir müctəhidin batil bilinməsi fikirini təbliğ edək.

Hər kəs bilsin ki, şiəliyə zərbə vəhhabilikdən dəyə bilməz. Daxili qarşıdırma lazımdır, Məhdiçilik, sufilik və sair kimi şiəlikdən xəbərsiz şiə adlı təriqətlər. Bu siyasət bu gün qlobaldır və idarə etmək üçün çox effektivdir.

- Bu və bayaq qeyd etdiyiniz torlara düşməmək üçün nə etməyimiz lazımdır?

- Məariflənmə. Məariflənmənin mexanizmini tapmaq lazımdır. Az da olsa maddi vəsait və kişi kimi çalışan şəxsləri bu işə cəlb etmək gərəkdir. Mütəmadi çalışmaq lazımdır, inanın buna qadağa yoxdur. Həqiqətin təbliğinə hələ ki, qadağa yoxdur. Hər kəs özü boyda çalışa bilər. Bu nöqtədə əlbəttə ki, əsas yük biz ruhanilərin üzərinə düşür ki, adi Quran dərsindən, təfsir dərsindən başlayaraq cəmiyyətə həqiqətin aynasını tutasan. Bu gün ədəbiyyat da kifayət qədərdir, cəmiyyəti mütaliyəyə dəvət, həvəsləndirmək gərəkdir. Bu gün Azərbaycan dilində təxminən hər sahəyə aid kitab var. Amma dindarların bu sahədə süstlüyü utanc həddindədir.

Ümid edirik ki, hər gün daha çox həyatımıza daxil olan İslamın həqiqətini öyrənmək üçün hər kəs çalışacaq. Allah bizi xeyir şlər üçün xəlq edib, şər üçün yox. Allah sonumuzu xeyrə calasın.

- Maraqlı müsahibə üçün təşəkkür edirik.



191 dəfə oxunub

Bu məqaləni necə qiymətləndirirsiniz ?

1 2 3 4 5    5 üzərindən 5   (cəmi 4 səs)
comment Şərhlər (0 )
Namaz Vaxtları
10 - 16 Sentyabr
Gün Sübh Günəş Zöhr Şam Gecəyarı
10 05:53 07:16 13:38 20:16 01:05
11 05:54 07:17 13:37 20:14 01:05
12 05:56 07:18 13:37 20:12 01:05
13 05:57 07:19 13:37 20:11 01:04
14 05:58 07:20 13:36 20:09 01:04
15 05:59 07:21 13:36 20:07 01:04
16 06:00 07:22 13:36 20:06 01:03
Dünəndə Bugün

Ramazan ayının sonu

1. Ömərin vasitəsi ilə Təravih namazının bidəti.

 

Hicrətin 14-cü ili bu ayda Ömər nafilə namazını camaatla qılmaq bidətini qoydu. Sonra bir kişini kişilər üçün, bir kişini isə qadınlar üçün namaza imam sеçdi.

 

2. Pеyğəmbərin (s) yağış üçün еtdiyi dua.

 

Hicrətin 6-cı ili bu ayda Mədinədə quraqlıq baş vеrdi. Pеyğəmbər (s) dua еdərək yağış istədikdə yağış yağdı.