Əsas Səhifə | Hаqqımızdа | Əlaqə | Başlanğıc səhifəsi et | Seçilmişlərə əlavə et
  Ətraflı axtarış » Həftəlik Dini İctimai Qəzetin Elektron Versiyası
Yazarlar
image

Əbülfəz Bunyadov

image

Mehman Müctəba

image

İntiqam Rüstamov

image

Əli Nur

image

Mircəfər Əyyubzadə

image

Muhəmməd Baqir

image

Sadiq


Arxiv
Be Ça Ç. Ca C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
27282930



Sorğu: Fikrini bildir

Bir gəncin əxlaqi dəyərlərinin pozulmasında əsas günahkar kimdir?

Valideyn
Müəllim
Dost-tanış
Özü
Cəmiyyət
Hamısı




Faydalı Linklər

www.wilayah.org
www.al-shia.org
www.azeri.makarem.ir
www.sistani.org
www.lankarani.ir
www.vahid-khorasani.ir
www.moftialshia.ir
www.j-fazel.org
www.ocaqnejad.com
www.islammektebi.org
www.sonumid.com
www.isra.az
www.kovser.az
www.islam-azeri.az
www.haqyolu.com
www.ahlibeyt.az
www.hilal.az
www.ramazanayi.org
www.birlik.az
www.muntozor.net
www.ehlibeyt-moize.ucoz.ru

Ramazan ayının 28-ci gününün duası: " İlahi, bu gün məni öz vəzifəmdən artıq müstəhəb əməlləri yerinə yetirməyə müvəffəq et və bütün vəzifə və məsuliyyətlərimi hazırlayıb əməl etməyi kəramət et. Bu gün Sənə yaxın edən vasitələrin daha yaxın olanını mənə yaxınlaşdır, ey istəyi olanların israrı və çox təmənna etmələrinin qafil etmədiyi Allah ! "
Əziz oxucularımızın nəzərinə çatdırırıq ki, bu həftə "İslam Həqiqətləri" qəzeti bir gün tez işıq üzü görərək ayın 9-da satışda olacaq.

email Dostuna göndər | print Çap versiyası | comment Şərhlər (0 )

Zəhərlə açılan iftar

Mehman Müctəba 02 Mart 2008 10:01:00


image

İslamın düşmənlərindən biri olan Müaviyənin, oğlu əyyaş Yezid üçün beyət almaq yolundakı ən mühüm maneələri  İmam Həsən (ə) və İmam Hüseyn (ə) idi. Çünki, onlar belə zülmlə heç vaxt razılaşmayacaqdılar. Əslində onlar Müaviyənin zahiri xilafətini də məhz islamın məsləhətini düşünərək müvəqqəti olaraq zahirdə qəbul etmişdilər. Müaviyə çirkin niyyətini həyata keçirmək üçün növbəti hiylələrdən birini işə salır. Belə ki, İmam Həsəni (ə) öldürmək qərarına gəlir. Əşəs ibn Qeys Kindinin qızı Cövdə İmam Həsənin (ə) həyat yoldaşı idi. Bundan məharətlə istifadə edən Müaviyə Əşəslə dostluğunu işə salır, Cövdəni aldadaraq yalan vədlər verir, İmam Həsəni (ə) zəhərləmək arzusunu gerçəkləşdirir. Müaviyə elə düşünürdü ki, İmam Həsən (ə) öləndən sonra İmam Hüseyn (ə) təkcə ona və oğluna qarşı mübarizə aparmaq iqtidarında olmayaqcaq. Belə olan halda onu da tezliklə aradan götürmək asan olacaq.

Sünni alimlərindən olan Təbərsi "Ehticac" kitabında Salim ibn Əbi Cudədən rəvayət nəql edərək İmam Həsənin (ə) belə buyurduğunu yazır: "Mənə xəbər çatıb ki, Müaviyə Rum padşahına məktub yazaraq ondan öldürücü zəhər istəyib. Rum padşahı cavabında bildirib ki, bizim dinimiz belə bir şeyə icazə vermir. Müaviyə ona bildirib ki, mən elə bir şəxsi öldürmək istəyirəm ki, o, babasının hakimiyyətini qurmaq istəyir. Buna görə də onu öldürüb dünyanı onun şərrindən qorumaq istəyirəm."

Rum Padşahına göndərdiyi hədiyyələr sayəsində zəhəri əldə edən Müaviyə onu Mərvan ibn Həkəmin vasitəsi ilə əvvəlcədən planlaşdırdıqları kimi Cövdəyə çatdırır.

Ravəndi "Xəraic" əsərində yazır: "İsti günlərin birində İmam Həsən (ə) oruc halda evə daxil oldu. Iftar vaxtı çatdıqda Cövdə zəhəri südə tökərək o Həzrətə (ə) verdi ki, iftarını açsın. İmam Həsən (ə) südlə iftarını açdı. Orucun təsirindən zəifləmiş bədənə zəhər öz öldürücü təsirini tez də göstərə bildi. Ciyərinin yandığını hiss edən İmam (ə) Cövdəyə buyurdu: "Ey Allahın düşməni! Məni öldürdün, Allah səni öldürsün. Məndən sonra istəyinə çatmayacaqsan və Allah səni xar edəcək."

İmam Sadiq (ə) buyurur: "Həqiqətən Əşəs özü Həzrət Əlinin (ə), qızı Cövdə İmam Həsənin (ə) və oğlu Muhəmməd ibn Əşəs isə İmam Hüseynin (ə) qanının axıdılmasında iştirak ediblər.

"Əl-bidayə vən-nihayə" əsərinin 8-ci cildinin 43-cü səhifəsində nəql olunur ki, imam Həsən (ə) üçün həkim gətirdilər. Həkim o Həzrəti (ə) müayinə etdikdən sonra dedi : -Həqiqətən zəhər onun ciyərini parçalayıb."

Şeyx Müfid və başqalarının yazdığına görə İmam Həsən (ə) zəhərləndikdən sonra qırx gün xəstə vəziyyətdə yaşadı. Onun xəstəliyi günbəgün pisləşdi və bu, onun şəhadətə çatmasına səbəb oldu.

Cünadə ibn Əbi Üməyyə deyir: "İmam (ə) xəstə olan halda onun görüşünə getdim. Onun saralmış rəngi qəlbimə od saldı və kövrəlmiş halda dedim: -Ey mənim àğam! Nəyə görə müalicə olunmursunuz?

İmam (ə) cavabında buyurdu: -Ey Allahın bəndəsi, ölümü nə ilə müalicə edim?... Sonra Həzrət əlavə etdi: -Allaha and olsun, Peyğəmbər (s) bizə bildirib ki, Əli (ə) və Fatimə (ə) övladlarından 11 nəfər imamlıq edəcək. Onlardan bəziləri zəhərlənəcək, bəziləri isə xəncərlə şəhadətə çatacaqlar.

Bu zaman Həzrət ağlamağa başladı. Mən dedim: -Mənə nəsihət buyurun.

İmam (ə) buyurdu: -Özünü qarşıdan gələn səfərə hazırla, əcəl səni yaxalamamış özün üçün qiyamət azuqəsi topla. Bil ki, sən dünyanı, ölüm isə səni qazanmaq istəyir və bil ki, dünyanın halal malında hesab, haram malında isə əzab və əziyyət var..."

Cünadə deyir: "Bu vaxt İmamın (ə) nəfəsi azaldı və halı dəyişdi. Mən qorxuya düşdüm. Bu an İmam Hüseyn (ə) və Əsvəd ibn Əsvəd içəri daxil oldular. İmam Hüseyn (ə) onun yatağının yanında əyləşib başından və üzündən öpdü. Onlar ahəstə danışmağa başladılar.

Əsvəd ibn Əsvəd mənə dedi: - İmam Həsən (ə) öz ölümündən xəbər verir."

Şeyx "Əmali" əsərində belə nəql edir: "İmam Həsən (ə) ömrünün sonlarında qardaşı Imam Hüseynə belə vəsiyyət etdi: -Şəriki olmayan Allahdan başqa Allah yoxdur. O, ibadətə layiqli olduğu üçün Ona ibadət olunur. Həqiqətən O, hər şeyi yaradıbdır. Hər kim onun əmrinə tabe olsa, inkişaf yolunu tapacaq. Hər kim Ona tabe olmasa, yolunu azacaq. Hər kim Ona tərəf gəlsə, nicat tapacaq. Sənə vəsiyyət edirəm, ey Hüseyn (ə)! Ailəmi himayə edib, onların pis işlərini bağışlayıb yaxşı işlərini qəbul et, onlar üçün yaxşı ata və canişin ol! Məni babam Allahın Rəsulunun (s) yanında dəfn et! Mən buna daha layiqəm. Əgər buna maneçilik törədənlər olsa, icazə vermə ki, qan tökülsün! Biz Peyğəmbərlə (s) görüşəndə onun ölümündən sonra bu insanların bizim başımıza gətirdiklərindən şikayət edəcəyik."

Şeyx Müfidin nəql etdiyi rəvayətdə İmam Həsən (ə) qardaşı Hüseynə (ə)  belə buyurur: "Mən dünyadan köçdükdən sonra gözlərimi bağlayıb qüslümü ver. Kəfənləyib namaz qıldıqdan sonra Allah Rəsulunun (s) məzarının yanına apar. O Həzrəti (s) ziyarət etdikdən sonra məni Bəqiyə aparıb nənəm Fatimə bint Əsədin (İmam Əlinin (ə) anası) yanında dəfn et. Camaat elə biləcək ki, siz məni Peyğəmbərin (s) yanında basdırmaq istəyirsiniz. Buna görə sizə maneçilik törədəcəklər. Səni Allaha and verirəm, məbada qan tökülsün."

Şeyx Müfid "Əl-Isabə" əsərinin 1-ci cildinin 330-cu səhifəsində nəql edir: "İmam Həsən (ə) dünyadan köçdükdən sonra vəsiyyətinə əsasən ona qüsl verib kəfənlədilər və cənazə namazı qılındı. Peyğəmbərin (s) böyük nəvəsinin vəfat xəbəri Mədinə şəhərinə yayıldıqda şəhər və ətraf yerlərdə yaşayanlar dəfn mərasimində iştirak etmək üçün İmam Həsənin (ə) evi qarşısında toplaşdılar. Mədinənin o vaxtkı qəsbkar hakimi Mərvan ibn Həkəm Bəni Üməyyəni toplayaraq döyüş zirehlərini geyindilər. Onlar Peyğəmbər (s) nəsli olan Bəni Haşimin qarşısını qılıncla kəsərək İmam Həsəni (ə) Peyğəmbərin yanında dəfn edilməsinə icazə verməyəcəklərini bildirdilər. Qatıra minmiş Aişə də onlara qoşularaq dəfnə etiraz edib belə dedi: "İstəyirsiniz düşmənimi mənim evimdə basdırasız?"

Bəni Üməyyə ilə Bəni Haşim arasında müharibənin başlanmasına az qalmış İbn Əbbas Mərvanın qarşısına çıxaraq dedi: -Gəldiyin yerə geri qayıt. Biz ağamız İmam Həsəni (ə) Peyğəmbəri (s) ziyarət etməyə gətirmişik. Sonra onu öz vəsiyyətinə əsasən Əsəd qızı Fatimənin yanında dəfn edəcəyik. Əgər o, Peyğəmbərin (s) yanında dəfn olunmasını vəsiyyət etsəydi, sən yaxşı bilirsən ki, bizim qarşımızda dayana bilməzdin."

Sonra üzünü Aişəyə tutub əlavə etdi: "Bu nə rüsvayçılıqdır?! Bir gün qatıra, bir gün dəvəyə minirsən. İstəyirsən Allah nurunu söndürüb onun dostları ilə vuruşasan? Rahat ol! İmam Həsəni (ə) Peyğəmbərin (s) yanında dəfn etməyəcəyik. Allah bu ailənin intiqamını mütləq alacaq."

Sonra İmam Hüseyn (ə) irəli gələrək buyurdu: "Əgər İmam Həsənin (ə) vəsiyyəti olmasaydı ki, qan tökülməsin, bilirsiz Allah qılıncı sizinlə hesablaşacaqdı...."

Ustad Baqir Şərif Qüreyşi sünni kitablarından nəql edir: "Aişəni bu işə təhrik edən Mərvan ibn Həkəm və Səid ibn As idilər ki, onlar Aişənin yanına gələrək dedilər: "Bəni Haşim İmam Həsəni (ə) Peyğəmbərin (s) yanında dəfn etmək istəyir. Əgər bu baş versə, atan Əbubəkr və Ömərin iftixarı qiyamətə qədər bərbad olacaq!"

Elə buna görə Aişəni qatıra mindirib Peyğəmbər (s) məscidinin qarşısına gəldilər." Mərhum ibn Şəhràşub və başqalarının nəql etdiyinə əsasən Bəni Üməyyə İmam Həsənin (ə) tabutunu oxladılar. Yetmişə yaxın ox tabuta sancıldı. Baş verəcək müharibənin və töküləcək qanların qarşısını alaraq İmam Hüseyn (ə) İmam Həsəni (ə) Bəqidə dəfn etdi.

Tarixçilərin yazdığına görə Hicazın (Səudiyyə Ərəbistanı) iki böyük şəhərində, Məkkə və Mədinədə şəhər əhalisi yeddi gün əza saxlayıb, alış-verişi dayandırdılar. Bəni Haşim qadınları bir ay əzadarlıq mərasimi keçirdilər. Bir il isə yeni paltar geyinməyib zinət əşyalarından istifadə etmədilər. İraqın da mühüm şəhərlərindən, Bəsrə və Kufədə əzadarlıq mərasimləri böyük izdihamla keçirildi. Amma Şamda Müaviyə və tərəfdarları...



409 dəfə oxunub

Bu məqaləni necə qiymətləndirirsiniz ?

1 2 3 4 5    5 üzərindən 5   (cəmi 13 səs)
comment Şərhlər (0 )
Namaz Vaxtları
03 - 09 Sentyabr
Gün Sübh Günəş Zöhr Şam Gecəyarı
03 05:45 07:09 13:40 20:27 01:07
04 05:46 07:10 13:40 20:26 01:07
05 05:47 07:11 13:39 20:24 01:06
06 05:49 07:12 13:39 20:23 01:06
07 05:50 07:13 13:39 20:21 01:06
08 05:51 07:14 13:38 20:19 01:06
09 05:52 07:15 13:38 20:18 01:05
Dünəndə Bugün

03 sеntyabr (23 ramazan)

Quranın nazil olması.

Bu gеcə Qurani-Kərim yеr üzünə nazil olub. Başqa bir rəvayətə əsasən isə bu hadisə ramazanın 24-də baş vеrib.

 

 

04 sеntyabr (24 ramazan)

Əbu Ləhəbin ölümü.

Bu gün Əbu Ləhəbin ölüm günüdür. Bir rəvayətə əsasən o, ramazanın 25-də cəhənnəmə vasil olub.

 

 

Ramazan ayının sonu.

1. Ömərin vasitəsi ilə Təravih namazının bidəti.

Hicrətin 14-cü ili bu ayda Ömər nafilə namazını camaatla qılmaq bidətini qoydu. Sonra bir kişini kişilər üçün, bir kişini isə qadınlar üçün namaza imam sеçdi.

 

2. Pеyğəmbərin (s) yağış üçün еtdiyi dua.

Hicrətin 6-cı ili bu ayda Mədinədə quraqlıq baş vеrdi. Pеyğəmbər (s) dua еdərək yağış istədikdə yağış yağdı.