Əsas Səhifə | Hаqqımızdа | Əlaqə | Başlanğıc səhifəsi et | Seçilmişlərə əlavə et

 

                                      

 

  Ətraflı axtarış » Həftəlik Dini İctimai Qəzetin Elektron Versiyası
Yazarlar
image

Əbülfəz Bunyadov

image

Mehman Müctəba

image

İntiqam Rüstamov

image

Əli Nur

image

Mircəfər Əyyubzadə

image

Muhəmməd Baqir

image

Sadiq


Arxiv
Be Ça Ç. Ca C. Ş. B.
12345
6789101112
13141516171819
20212223242526
27282930



Sorğu: Fikrini bildir

Bir gəncin əxlaqi dəyərlərinin pozulmasında əsas günahkar kimdir?

Valideyn
Müəllim
Dost-tanış
Özü
Cəmiyyət
Hamısı




Faydalı Linklər

www.wilayah.org
www.al-shia.org
www.azeri.makarem.ir
www.sistani.org
www.lankarani.ir
www.vahid-khorasani.ir
www.moftialshia.ir
www.j-fazel.org
www.ocaqnejad.com
www.islammektebi.org
www.sonumid.com
www.isra.az
www.kovser.az
www.islam-azeri.az
www.haqyolu.com
www.ahlibeyt.az
www.hilal.az
www.ramazanayi.org
www.birlik.az
www.muntozor.net
www.ehlibeyt-moize.ucoz.ru

Ramazan ayının 29-cu gününün duası: " İlahi, bu gün məni Öz rəhmətinlə əhatə et. Belə bir gündə işlərimin uyğun olmağını və hər bir azğınlıqdan qorunmağı mənə nəsib et. Mənim qəlbimi şübhəli işlərdən, qaranlıq yollardan və töhmət gətirən əməllərdən pak et, ey mömin bəndələrinə rəhm edən Allah ! "
بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ. يَا عَلِيُّ يَا عَظِيمُ يَا غَفُورُ يَا رَحِيمُ. أَنْتَ الرَّبُّ الْعَظِيمُ الَّذِى لَيْسَ كَمِثْلِهِ شَيْئٌ. وَ هُوَ السَّمِيعُ الْبَصِيرُ. وَ هَذَا شَهْرٌ عَظَّمْتَهُ وَ كَرَّمْتَهُ وَ شَرَّفْتَهُ وَ فَضَّلْتَهُ عَلَى الشُّهُورِ. وَ هُوَالشَّهْرُالَّذِى فَرَضْتَ صِيَامَهُ عَلَىّ. وَ شَهْرُ رَمَضَانَ الَّذِى أَنْزَلْتَ فِيهِ الْقُرْآنَ. هُدًى لِلنَّاسِ و بَيِّنَاتٍ مِنَ الْهُدًى وَالْفُرْقَان. وَ جَعَلْتَ فِيهِ لَيْلَةَ الْقَدْرِ. وَ جَعَلْتَهَا خَيْرًا مِنْ أَلْفِ شَهْرِ. فَيَاذَالْمَنِّ وَلا يُمَنُّ عَلَيْكَ. مُنَّ عَلَىَّ بِفَكَاكِ رَقَبَتِى مِنَ النَّارِ. فِيمَنْ تَمُنُّ عَلَيْهِ وَأَدْخِلْنِى الْجَنَّةَ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

email Dostuna göndər | print Çap versiyası | comment Şərhlər (0 )

Dünya

Mehman Müctəba 18 Aprel 2008 02:03:00


image

1. Dünya nədir?

 Ilk olaraq dünyanı tanıyıb onunla necə rəftar etməyin yollarını Alahın kitabı və məsumların sonsuz hikmət dolu hədislərindən istifadə edəcəyik. Dünya günəş, ay, ulduz, qallaktika, heyvanat, bitkilər və s. şeylərdən ibarətdir? Yoxsa dünya bunlardan tamam fərqli bir şeydir. Dünya yeyib-içmək, işləmək, mal toplayıb məqam sahibi olmaq üçün hədəfmi sayılır? Bəs dünya nədir və onu necə tanıyıb həyatımızı necə qurmalıyıq?

Bunun üçün onun həqiqətini anlayıb dinimizin göstərişlərinə uyğun hərəkət etməliyik. Islam iki dünya varlığını bildirərək birini digərinin başlanğıcı, əkin yeri olduğunu bildirir. Islam bu dünyanı fani və keçib gediləcək bir yol olduğunu, axirətin isə əbədi və səadət məkanı olmasını bəyan edir. Insan bu dünyaya gəlməyib ki, bir neçə il ömür sürüb sonra da ölüb getsin. Insanın yaranma hədəfi budur ki, elm və əməllə tərbiyələnib həqiqi kamala çatsın. Bu keçib gediləcək məkanın nemətləri həqiqi hədəfə çatmaq üçün vasitə olaraq yaradılıb. Onlar hədəf yox, hədəfə çatıb ilahi səadətə qovuşmağa köməkçidir. Dünyaya meyl göstərib ona bağlanmaq insanı məhvə və zəlalətə aparır.

 

Hz Əli (ə) buyurub: "Nəbadə dünyanı sevəsiz, çünki dünyanı sevmək hər bir günahın və bəlanın başlanğıcıdır."

 

Bəli, dünya Allah-təalaya yaxınlaşmaq üçün bir körpü rolunu oynayır. Buradan keçdiyin zaman ərzində nə qədər azuqə toplasan, hədəfə daha yaxın olmağa imkan verəcək. Yenə Həzrət buyurur: "Dünya sizin əbədi eviniz olmaq üçün yaradılmayıb, əbədi həyatda yaşamaq üçün saleh əməllə azuqə toplamaq yeridir. Dünyadan köçməyə tələsin və bu səfərə miniklər hazırlayın."

 

2. Dünya və axirətin müqayisəsi.

 

"Sizə verilən hər hansı bir şey fani dünya malıdır. Allah yanında olan (axirət mükafatları) isə daha yaxşı və daha baqidir. O kəslər üçün ki, iman gətirib öz Rəbbinə təvəkkül edərlər..." (Şura, 36)

 

Yəni dünyaya aldanmayın. Dünya tezliklə sönüb gedəcək nur, suyun üzərindəki buxar, solub məhv olacaq bir gülə bənzər. Onun gözəlliyi, cəlb ediciliyinə aldanmayın. Allaha iman gətirənlər qiymətli bir şeyi qiymətsiz və dəyərsiz bir şeyə satmaz. Çünki dünya bəlalar evi, çətinliklər bataгlığıdır.

 

"Yoxsa axirətdən vaz keçib dünya həyatına razı oldunuz? Halbuki dünya malı axirət yanında (axirətlə müqayisədə) yalnız cüzi bir şeydir" (Tövbə, 38)

 Allahı Rəsulu (s) da dünya ilə axirəti müqaйisə edərkən belə buyurur: "Allaha and olsun ki, dünya axirətin müqabilində buna bənzəyir ki, sizlərdən biri üzüyünü dəryaya batırıb çıxardıqda orada nə qədər suyun qaldığına nəzər salsın. Görsün onunla nə qədər miqdarda su götürə bilib?"

Bir nəfər Əmirəl-möminindən (ə) dünyanı vəsf etməsini istədikdə Həzrət (ə) buyurdu: "Nə təsvir edim o evi ki, kim ona möhtac olsa, hüznlü olar. Hər kim ondan ehtiyacsız olsa, fitnəyə giriftar olar. Halalında hesab, haramında əzab var."

 

Hz. Loğman (ə) oğluna nəsiщət edərkən buyurur: "Oğlum, dünyanı axirətə sat ki, hər ikisini əldə edəsən. Axirəti dünyaya satma ki, hər ikisini əldən verərsən."

 

Imam Həsən Müctəbа (ə) dünya barədə belə buyurub: "Ey dünya ləzzətlərindən bəhrələnənlər, bu ləzzətlər qalaн deyil. Həqiqətən məhv olub gedəcək kölgəyə bel bağlamaq axmaqlıqdır."

 

Imam Müctəba (ə) dünyanı kölgəyə bənzədir. Çünki, kölgə zahirdə hərəkətsiz olsa da həqiqətdə hərəkət edəndir. Onu zahiri gözlə müşahidə etmək mümkün deyil. Bəlkə batini, bəsirət gözü ilə onun hərəkətdə olduğunu, bir gün yox olub gedəcəyini görmək olar.

 

3. Dünya məhəbbətinin mərhələləri.

 Hz. Əlidən (ə)  soruşurlar ki, Allahın yanında ən fəzilətli əməl hansıdır?Həzrət buyurur: "Allaha və Rəsuluna tapındıqdan sonra dünya ilə düşmənçilikdən fəzilətli bir əməl yoxdur!" Sonra sözünə əlavə edərək buyurur: "Dünyaya məhəbbətin bir neçə mərhələsi var. Ilk olaraq Allaha "təkəbür"-lə günah edildi. Şeytan Allahın əmrindən boyun qaçırıb təkəbbür etdi və kafirlərdən oldu. Sonra "həris". Allah Adəm və Həvvaya o ağaca toxunmamağı buyurmuşdu. Amma onlar ehtiyacları olmadığı şeyə tərəf getdilər. Bu, onların övladları üçün də qiyamətə qədər belədir. Insanların istədikləri bir çox şeyə ehtiyacları yoxdur. "Həsəd" günah edilən üçüncü şey oldu. Adəmin (ə) övladlarının gözünü tutdu. Qardaşına qarşı həsəd edib onu öldürüldü. Onun günahının başlanğıcı həsəd oldu."

 Həmçinin qadınlara sevgi, dünyaya sevgi, rəyasət sevgisi, söz sevgisi, böyüklük sevgisi, sərvət sevgisi, rahatlıq sevgisi. Bu yeddi xislət bütövlüklə dünya sevgisinin içində toplanır. Buna görə Peyğəmbərlər (ə) bunu nəzərə alıb buyurublar: "Hər bir xətaların başlanğıcı dünya sevgisidir."

 

Imam Sadiq (ə) dünyanı dəryaya oxşadaraq buyurur: "Susuz ondan nə qədər içsə, daha çox susuyar вə bu susuzluq onu ölümə kimi çəkər. Dünya sevgisi insanı azdırıb əbədi həlakətə salar.

 

4. Dünya əhli kimlərdir?

 

Merac gecəsində Peyğəmbər (ə) Allah-təalaya ərz etdi: "Pərvərdigara mənə elə bir əməl hiayət et ki, sənin dərgahına yaxınlaşmağa səbəb olsun.

 

Nida yetişdi: "Gecə gündüz, gündüz gecə ibadət et.

 

Peyğəmbər soruşdu : "Nə cür?"

 

Nida yetişdi : "Belə ki, yuxun namaz olsun və heç vaxt qarnını tam doyurma."

 Ardınca buyurur: "Ey Əhməd! Mənim məhəbbətim fəqirlərin və məhrumların məhəbbətidir. Onlarla yaxınlıq edib həmməclis ol ki, mən də sənə yaxın olum. Dünyapərəst varlıları özündən uzaqlaşdır və onların məclislərindən uzaq ol. Ey Əhməd! Dünya bəzəklərinə və dünyapərəstlərə qəzəblən. Axirət və axirət əhlinə məhəbbət eт.

Allahın Rəsulu (ə) ərz etdi: "Dünya və axirət əhli kimlərdir?"

 Nida gəldi: "Dünya əhli o kəslərdir ki, çox yeyər, çox gülər, çox yatаrlar. Hirslənər və az-az sevinərlər. Heç kimdən üzr istəməzlər. Onlardan üzr istənildikdə bağışlamаzlar. Allahın itaətində tənbəl, günah etməkdə şücaətli оlаrlаr. Əcəllərinin yaxınlaşdığına baxmayaraq uzun arzulara sahib оlаrlаr. Heç vaxt öz əməllərinin hesabını anlamаzlar. Camaat üçün xeyirləri az оlаr. Dünya əhli Allahın şükrünü yerinə yetirməz və müsibətlərdə səbirli оlмаzlаr. Щəmişə öz arzularından danışаrlar. Çoxlu cəhаləт və axmaqlıqda оlаrlar. Öz ustadları qarşısında təvazöкаrlıг etməz və özlərini ağıllı bilərlər. Онlаr agahların yanında nadan və axmaqdırlar. Allah-təala bizləri dünyaya qalib gəlib ondan axirət üçün istifadə edənlərdən qərar versin.  

543 dəfə oxunub

Bu məqaləni necə qiymətləndirirsiniz ?

1 2 3 4 5    5 üzərindən 5   (cəmi 9 səs)
comment Şərhlər (0 )
Namaz Vaxtları
10 - 16 Sentyabr
Gün Sübh Günəş Zöhr Şam Gecəyarı
10 05:53 07:16 13:38 20:16 01:05
11 05:54 07:17 13:37 20:14 01:05
12 05:56 07:18 13:37 20:12 01:05
13 05:57 07:19 13:37 20:11 01:04
14 05:58 07:20 13:36 20:09 01:04
15 05:59 07:21 13:36 20:07 01:04
16 06:00 07:22 13:36 20:06 01:03
Dünəndə Bugün

03 sеntyabr (23 ramazan)

Quranın nazil olması.

Bu gеcə Qurani-Kərim yеr üzünə nazil olub. Başqa bir rəvayətə əsasən isə bu hadisə ramazanın 24-də baş vеrib.

 

 

04 sеntyabr (24 ramazan)

Əbu Ləhəbin ölümü.

Bu gün Əbu Ləhəbin ölüm günüdür. Bir rəvayətə əsasən o, ramazanın 25-də cəhənnəmə vasil olub.

 

 

Ramazan ayının sonu.

1. Ömərin vasitəsi ilə Təravih namazının bidəti.

Hicrətin 14-cü ili bu ayda Ömər nafilə namazını camaatla qılmaq bidətini qoydu. Sonra bir kişini kişilər üçün, bir kişini isə qadınlar üçün namaza imam sеçdi.

 

2. Pеyğəmbərin (s) yağış üçün еtdiyi dua.

Hicrətin 6-cı ili bu ayda Mədinədə quraqlıq baş vеrdi. Pеyğəmbər (s) dua еdərək yağış istədikdə yağış yağdı.